Icma.az
close
up
RU
Türkiyənin gözlədiyi olmayacaq: Üç ölkənin adı çəkildi, Ərdoğan elan etdi

Türkiyənin gözlədiyi olmayacaq: Üç ölkənin adı çəkildi, Ərdoğan elan etdi

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna və Rusiya arasında birbaşa danışıqların İstanbulda keçirilməsi təklifini vurğulaması regional diplomatiyada yenidən diqqət mərkəzinə çevrilib.

Müharibənin ilk günlərində tərəflər arasında Türkiyədə aparılan danışıqların xatırlanması, Ankara üçün yenidən vasitəçilik rolunun aktuallığını göstərir. Bu təşəbbüs həm regionda sülh prosesinə töhfə verə biləcək, həm də Türkiyənin diplomatik nüfuzunu gücləndirəcək strateji addım kimi dəyərləndirilir.

Bu dəfə tərəflər təklifi qəbul edəcəkmi və danışıqların nəticəsi hansı istiqamətdə formalaşacaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Rusiya-Ukrayna müharibəsi son mərhələyə daxil olub və sülhün əldə edilməsi, atəşkəs razılaşması istiqamətində hazırda olduqca intensiv danışıqlar aparılır:

“Bu danışıqlar Kiyevi ərazi güzəştlərinə, Rusiyanı isə Ukraynanın suverenliyini tanımağa, yəni siyasi orientasiyasını müəyyənləşdirmə azadlığını qəbullanmağa vadar etmək, beləcə tərəfləri sülhə çağırmaq xarakteri daşıyır. Nəticələr də məhz bu yöndədir. ABŞ Prezidenti Donald Trampın 28 maddəlik sülh planı xəbərlərindən sonra Cenevrə görüşü çərçivəsində ictimaiyyətə açıqlanan 24 maddəlik plan müvafiq detalları özündə əks etdirir. Odur ki, siyasi dairələr Cenevrə görüşünü xüsusilə nəticəyönümlü adlandırdılar. Tərəflər bu plan üzrə razılaşsalar, sözsüz ki, iki, yaxud üç ölkənin (Rusiya, Ukrayna, ABŞ) liderləri səviyyəsində görüş baş tutacaq.


Şəhla Cəlilzadə 

Hələ ki, son razılaşma yoxdur, diplomatik “trek” aktivdir. Ukrayna Prezidenti Volodimir Zelenski bu həftə sonu Ağ Evdə olacaq, gələn həftə isə Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Kremlinə gedəcək. İstanbulda, əsasən humanitar məsələlərin razılaşdırıldığını görmüşük. Məsələn, taxıl sazişi, əsir mübadiləsi və s. razılaşmalar İstanbulda, Türkiyənin vasitəçiliyi ilə əldə olunmuşdu. Odur ki, humanitar məsələlərin müzakirəsində bu məkanı uğurlu danışıqlar platforması adlandırmaq olar. Lakin yekun sülh danışıqlarının ünvanının Türkiyə olacağını düşünmürəm. Türkiyənin ABŞ və Rusiyanın müharibənin sonlandırılmasına dair şərtlərini dəyişdirmək, uzlaşdırmaq, müvafiq siyasi qərarlara təsir göstərmək imkanı məhduddur, çünki müharibədə iştirakçı deyil. Lakin müharibənin davam etməsini ABŞ-dan sonra ən çox dəstəkləyən vahid Avropanın müvafiq imkanları var və 28 maddəlik planı 24 maddəlik planla əvəzləməyə nail olduğunu qeyd etmək də mümkündür. Belə ki, bu yaxınlarda Zelenskinin Türkiyədə Uitkoffla görüşünün planlandığı, onun görüşə gəldiyi, Trampın xüsusi nümayəndəsinin isə gəlmədiyini xatırlatmaq olar”.

Siyasi şərhçi bildirib ki, görüşün baş tutmama səbəbi Trampın 28 maddəlik planının Zelenski tərəfindən qəbul edilməməsi idi:

“Bundan az sonra isə 24 maddəlik sülh planının gündəmə gəldiyi Cenevrə görüşü keçirildi. Ümumilikdə, Türkiyənin regional münaqişələrin həllində məxsusi rolu danılmazdır. Elə buna görə də, Ukraynada yerləşdiriləcək beynəlxalq sülhməramlı qüvvələrin tərkibinin müəyyənləşdirilməsi məqsədilə keçirilən “Könüllülər Koalisiyası” dövlət başçılarının zirvə görüşünə onlayn qatılan Prezident Rəcəb Tayyib Erdoğan hər iki tərəflə dialoqu davam etdirdiyini vurğulayaraq ölkəsinin uğurlu diplomatik danışıqlar məkanı olduğunu, sülhün təmin edilməsi üçün diplomatik səylərini davam etdirəcəklərini diqqətə çatdırıb”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri