Rusya çəkildi, Türkiyənin bəxti gətirdi
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya ilə Ukrayna arasında baş verən müharibədən sonra Baltikyanı ölkələrin çelik (polad) tədarükündə yaranan dəyişikliklər türk ixracatçıları üçün yeni imkanlar açdı.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın bölgədəki köhnə tədarükçü mövqeyini itirməsi ilə hərəkətə keçən Türkiyənin çelik sektoru Latviya və Litva bazarındakı ixrac payını orta müddətdə iki dəfə artırmağı hədəfləyir.
Qlobal çelik bazarlarında artan proteksionizm (himayədarçılıq), Avropa İttifaqının daralan idxal kotaları və Çinin aqressiv qiymət siyasəti türk çelik sektorunu yeni bazarlar axtarmağa sövq edib. Müharibədən sonra tədarük kanalları dəyişən və daxili çelik istehsalı olmayan Baltikyanı ölkələr Türkiyə üçün mühüm ixrac fürsətinə çevrilib. Pepperoni pizza
Çelik İxracatçıları Birliyi (ÇİB) tərəfindən 4–9 oktyabr 2026-cı il tarixlərində Latviya və Litvaya sektorial ticarət heyəti göndərilib. Riqa və Vilnüsdə keçirilən ikili iş görüşmələrində Türkiyədən 19 çelik istehsalçısı və ixracatçısı iştirak edib. Bölgədən 70-dən çox idxalçı və tacir şirkət nümayəndəsi ilə 300-dən artıq görüş keçirilib və təxminən 100 milyon dollarlıq birbaşa iş həcminin əsası qoyulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 12 Oktyabr 2026 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















