Türkiyənin hava limanlarında nasazlıq yaranıb
Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə hava limanlarında pasport nəzarəti üçün istifadə edilən POLNET polis sisteminin nasazlığı səbəbindən problem yaranıb.
Sitat.info xəbər verir ki, bu barədə "Havahaber" məlumat yayıb.
Noyabrın 26-da minlərlə sərnişinin pasport nəzarətindən keçə bilmədiyi və bu səbəbdən hava limanlarında uzun növbələrin yarandığı bildirilir. Antalya və İstanbul hava limanlarından uçuşlar 30-40 dəqiqə, hətta bir saat gecikib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Problemlə bağlı sərnişinlərə səsgücləndirici vasitəsilə məlumat verilib. Bir müddət sonra nasazlıq aradan qaldırılıb.

