Türkiyənin iki universitetində azərbaycanlı tələbə və müəllimlərlə görüşlər keçirilib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ankara, 13 may, AZƏRTAC
Azərbaycanın Ankaradakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova Türkiyənin şərq vilayətlərinə səfəri çərçivəsində Qars və Ardahan universitetlərində olub, azərbaycanlı tələbə və müəllimlərlə görüşüb.
AZƏRTAC xəbər verir ki, Ardahan Universitetində keçirilən görüşdə universitetin prorektoru professor Zafer Akyanat da iştirak edib.
Nəcibə Nəsibova azərbaycanlı tələbələrin tədris prosesi ilə maraqlanıb, onları düşündürən sualları cavablandırıb. Görüş zamanı iki qardaş ölkə arasında akademik sahədə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Müşaviri həmçinin Qars vilayətinə də baş çəkib. Burada Qafqaz Universitetinin azərbaycanlı müəllim və tələbələri ilə görüş keçirilib. N.Nəsibovanı universitetin rektoru professor Hüsnü Kapu qəbul edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 13 May 2025 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















