Icma.az
close
up
RU
Menu

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

İnsan sağlamliğina verilən dəyər

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

Türkiyənin ilk astronavtı ilə görüş keçirildi

Türkiyənin ilk astronavtı ilə görüş keçirildi

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aprelin 24-də "Azərkosmos"un Kosmik Akademiyasında Türkiyənin ilk astronavtı Alper Gezeravcı ilə görüş keçirilib.

Axar.az xəbər verir ki, görüşün əsas məqsədi gəncləri kosmos sahəsində maarifləndirmək, onların bu sahəyə marağını artırmaq və gələcəkdə karyera seçimlərinə istiqamət vermək olub.

Tədbirdə çıxış edən Alper Gezeravcı Azərbaycanın keçdiyi inkişaf yolunu yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycan qısa zaman ərzində bölgənin önəmli ölkələrindən birinə çevrilib və kosmos sahəsində də nüfuz qazanmaqdadır.

Kosmonavt 2023-cü ildə Azərbaycanda uğurla təşkil olunmuş Beynəlxalq Astronavtika Konqresini (“IAC-2023”) xatırladıb və deyib ki, beynəlxalq səviyyəli bu cür təşəbbüslər ölkənin elm və texnologiya sahəsində artan nüfuzunun bariz göstəricisidir.

Türkiyədə kosmik liman layihəsi üzərində iş getdiyini bildirən Alper Gezeravcı qeyd edib:

“Kosmosla bağlı hədəflərimizə çatmaq, planlarımızı müəyyənləşdirdiyimiz tarixdə həyata keçirmək üçün bu layihənin icrasına başlamışıq. Kosmik liman ekvator xətti yaxınlığında yerləşəcək. Layihənin həyata keçirilməsi üçün çox böyük iş görülüb. Hazırda 8 kosmik liman var ki, onların da 6-sı daha çox tanınır. Bu gün maliyyə imkanı, peyk hazır olsa belə, onu orbitə çıxarmaq üçün azı 2-2,5 il növbədə gözləmək lazımdır, təbii ki, işə başqa müdaxilələr olmazsa".

Alper Gezeravcı, həmçinin kosmosda keçirdiyi 14 günlük missiya, bu prosesə hazırlıq mərhələləri və şəxsi təəssüratları barədə ətraflı danışıb.

Seminar zamanı Gezeravcı qeyd edib ki, elm və texnologiya sahəsində Türkiyə və Azərbaycanın birgə addımları regionun kosmik potensialının inkişafında mühüm rol oynayır. Bu yol asan deyil, amma istək və səbir olduqda mümkünsüz görünən hədəflərə də çatmaq mümkündür.

Astronavt görüş zamanı gənclərə kosmik həyatın reallıqları, missiyaya hazırlıq mərhələləri, çəkisizlik şəraitində baş verən dəyişikliklər və onun insan psixologiyasına təsiri haqqında ətraflı məlumat verib. O, həmçinin vurğulayıb ki, kosmosa səyahət yalnız texniki və elmi biliklərlə deyil, həm də möhkəm iradə, ruh yüksəkliyi və komanda ruhu ilə mümkündür.

“Hər bir uşaq kosmosa baxaraq xəyal qurur. Əgər bu xəyalı qoruyub saxlayırsınızsa və onun üçün çalışırsınızsa, nə vaxtsa o xəyal reallığa çevrilə bilər”, – deyə Gezeravcı gənclərə müraciət edib.

Görüşün sonunda tədbir iştirakçıları üçün Alper Gezeravcı ilə avtoqraf sessiyası keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 Aprel 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see281

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see268

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see262

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see259

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see253

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see251

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see245

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see238

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see238

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see226

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see225

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see219

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see215

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see207

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see207

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see188

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see186

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see177

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see173

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri