Icma.az
close
up
RU
BDU da Türkiyənin tanınmış astronavtı Tuva Cihangir Ataseverlə görüş olub

BDU da Türkiyənin tanınmış astronavtı Tuva Cihangir Ataseverlə görüş olub

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 18 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) iştirak məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin tanınmış astronavtı Tuva Cihangir Ataseverlə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.

BDU rektoru Elçin Babayev tələbələrin müxtəlif elm sahələrində uğur qazanan dünyaşöhrətli insanlarla görüşlərinin təşkil edilməsinin onlar üçün stimul olduğunu bildirib. O, tələbələrlə görüş dəvətini qəbul etdiyinə görə Tuva Cihangir Ataseverə təşəkkür edib, bunun universitetin tarixinə yazılacaq bir hadisə olduğunu vurğulayıb. Rektor diqqətə çatdırıb ki, Tuva Cihangir Ataseverin anası azərbaycanlıdır, tanınmış astronavt ölkəmizi və bütün Türk dünyasını çox sevir.

Tədbirdə Türkiyənin kosmosun fəthi istiqamətində gördüyü işlər və astronavt Tuva Cihangir Ataseverin kosmik uçuşlarına dair videoçarx nümayiş olunub.

Tanınmış astronavt çıxışında Türkiyənin kosmik proqramının əsas hədəfləri və strateji prioritetləri, kosmosa uçuş hazırlıqları barədə məlumat verib, kosmik missiyası ilə bağlı təəssüratlarını bölüşüb. O, kosmik uçuşu zamanı mikroqravitasiya vasitəsilə insan biologiyası və fiziologiyasına dair mühüm təcrübələr apardığını, kosmik şəraitin insan orqanizminə təsirini araşdırdığını vurğulayıb. Kosmosa uçuş zamanı insanın bədən funksiyalarının da dəyişdiyini diqqətə çatdıran Tuva Cihangir Atasever əldə etdiyi nəticələrin yaxın gələcəkdə bir sıra xəstəliklərin müalicəsinə töhfə verəcəyinə əminliyini bildirib. O, Türkiyə ilə Azərbaycanın kosmik sahədə əməkdaşlığının vacibliyini diqqətə çatdırıb.

Gənclərlə interaktiv sual-cavab formatında keçirilən görüşdə Tuva Cihangir Atasever onların suallarını cavablandırıb, tələbələrə avtoqraflı şəkillərini hədiyyə edib.

Sonda BDU tələbələrinə oxuduğu maraqlı mühazirəyə görə tanınmış astronavta təşəkkürnamə təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri