Icma.az
close
up
RU
Türkiyənin beş vilayətində antiterror əməliyyatları keçirildi

Türkiyənin beş vilayətində antiterror əməliyyatları keçirildi

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə hüquq-mühafizə orqanlarının bölmələri beş vilayətdə antiterror əməliyyatları həyata keçirib və FETÖ və İŞİD təşkilatları ilə əlaqədə şübhəli bilinən şəxsləri saxlayıb.

Qaynarinfo "Avropa Həqiqəti”nə istinadla xəbər verir ki, bu barədə CNN Türk telekanalı məlumat yayıb.

Jurnalistlərin verdiyi məlumata görə, FETÖ-ya qarşı təşkil olunan əməliyyatda 19 nəfər şübhəli saxlanılıb.

Eyni zamanda İstanbul, Sivas, Zonquldak, Kocaeli və Ankarada ünvanlara basqınlar edilib.

Məlumata əsasən, həmin ünvanlarda aparılan axtarışlar zamanı FETÖ ilə əməkdaşlığı sübut edən çoxlu sayda rəqəmsal materiallar və sənədlər müsadirə olunub.

Şübhəlilər daha sonra prosedur tədbirlərinin həyata keçirilməsi üçün polis bölməsinə aparılıb.

Xatırladaq ki, Türkiyə hakimiyyəti FETÖ və onun ABŞ-da könüllü mühacirətdə olan lideri Fətullah Güləni 15 iyul 2016-cı il çevrilişinin təşkilində ittiham edir. 2023-cü ilin oktyabrında 83 yaşında olan Gülən ABŞ-da ölüb.

Türkiyə hakimiyyəti hərbi çevrilişi Gülənin ilham verdiyini, onu isə Türkiyə ordusunun orta səviyyəli rütbəli şəxslərinin təşkil etdiyini hesab edir. Həmin çevriliş zamanı hərbi təyyarələr, helikopterlər və tanklar ələ keçirilərək əsas dövlət qurumlarını nəzarət altına almağa çalışıblar. Hadisə nəticəsində təxminən 250 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb.

Türkiyə prokurorluğu islam təbliğatçısı Gülən üçün 3623 ömürlük həbs cəzası tələb edirdi. Gülən və ''Hizmət'' hərəkatı isə ittihamları rədd edirdi.


Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Yanvar 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri