Icma.az
close
up
RU
Türkiyənin müdafiə və aviasiya sənayesindən əldə etdiyi gəlir məlum olub

Türkiyənin müdafiə və aviasiya sənayesindən əldə etdiyi gəlir məlum olub

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru ötən il üçün hədəflənən 6,5 milyard dollarlıq ixracat gəlirini illik hesabla 11 faiz aşaraq, 7,1 milyard dollarla tamamlayıb. Bu artım əvvəlki ilə görə 29 faiz çoxdur. Ölkənin sahə üzrə ixracat gəliri 2023-cü ildə 5,5 milyard dollar olub.

Ölkə.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün bildirib.

O deyib ki, Türkiyə sektor üzrə son 2 ildə təxminən 20 milyard dollar dəyərində müqavilə imzalayıb və bu il də eyni sürətlə davam edir. İlk ayda Türkiyə şirkətləri 1 milyard dollardan artıq müqavilə imzalayıb.

Ölkənin müdafiə və aviasiya sənayesi sektorunda, xüsusilə kritik texnologiyalarda xarici asılılığın azaldılmasının Prezident Rəcəb Tayyib Ərdoğanın qarşıya qoyduğu əsas hədəf olduğunu qeyd edən Görgün deyib: “Prezidentimizin son 20 ildə bizə, müdafiə sənayesinə verdiyi güvənlə yerli istehsal nisbəti faiz hesabı ilə 20-dən 80-ə çatdı. Hətta bəzi platformalarda və sistemlərdə bu nisbətin 80-dən artıq olduğu, 90-95 faizə çatdığını da deyə bilərik. Bu artım xüsusilə son zamanlarda mühərrik sahəsində apardığımız işlərlə bağlıdır. Keçən ay yerli istehsal olan mühərriklərlə BMC şirkətinin istehsal etdiyi 2 fərqli 4x4 vasitənin alınmasını həyata keçirdik. Bu vasitələr həm Quru Qoşunları Komandanlığı, həm də Jandarma Ümumi Komandanlığı üçün təchizat fəaliyyətləri çərçivəsində təmin edilib. Bunlarla yerli istehsal nisbətləri 95 faizə çatdı.

Görgün sahə üzrə Türkiyənin NATO-dakı müttəfiqlərinə daha çox dəstək verə biləcəyini qeyd edib.

Ötənilki Müdafiə və Hava Sənayesi üzrə Qlobal Strateji Konfransda Türkiyənin bacarıq və yüksək texnologiyalı infrastrukturunun NATO-da daha çox dəyərləndirilə biləcəyini, bunun üçün bir az daha proaktiv çalışmaların lazım olduğunu qeyd etdiklərini deyən Görgün toplantıdan sonra beynəlxalq təşkilatlarla əməkdaşlığı idarə edəcək bir qurumun yaradıldığını bildirib.

Qeyd edilən qurumun işə sürətlə başladığını və bütün fəaliyyətlərin bu idarə çərçivəsində həyata keçirildiyini vurğulayan Görgün əlavə edib: “Biz daha da irəliləyə, daha çox dəstək verə, genişçeşidli məhsullarımızla NATO-dakı müttəfiqlərimizin ehtiyaclarını daha çox qarşılaya biləcəyimizi bilirik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Fevral 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri