Türkiyənin müdafiə və aviasiya ixracı 30 faiz artıb
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə ötən 11 ay ərzində müdafiə və aviasiya ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artıraraq 7 milyard 445 milyon ABŞ dollarına çatdırıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.
O qeyd edib ki, tədqiqat–inkişaf fəaliyyətlərindən dizayna, proqram təminatından kütləvi istehsala qədər bütün proseslər Türkiyənin yerli və milli resursları hesabına idarə edilir:
"Təkcə noyabr ayı üzrə ixracımız əvvəlki ilin noyabr ayı ilə müqayisədə 22 faiz artaraq 742 milyon dollar olub. Bu səhər etibarilə isə ixrac göstəricisi 8,6 milyard dolları keçib. Özümüzə inandıq, Türk müdafiə sənayesinə güvəndik və qısa müddətdə məhz bu rəqəmlərə nail olduq.
Əlbəttə, bununla kifayətlənməyəcəyik. 2028-ci il üçün müəyyən etdiyimiz hədəf 11 milyard dollarlıq ixrac göstəricisi ilə müdafiə və aviasiya ixracında dünyada ilk onluğa daxil olmaqdır. Bu məqsədə doğru möhkəm addımlarla irəliləyirik. Burada böyük məmnuniyyətlə onu da qeyd etmək istərdim ki, dünyada öz döyüş gəmisini layihələndirib dənizə endirən 10 ölkədən biri Türkiyədir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 20 Dekabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















