Icma.az
close
up
RU
Türkiyənin strateji addımı Ərdoğan Trampla razılığa gəlib?

Türkiyənin strateji addımı Ərdoğan Trampla razılığa gəlib?

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 18-də Braziliyada keçiriləcək G20 sammitində Ukraynadakı münaqişənin həlli ilə bağlı sülh planını təqdim etmək niyyətində olduğu haqqında məlumatlar var. Digər tərəfdən ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp da Ukrayna müharibəsinə son qoyacağını sülh planı tərtib edəcəyini bildirir.

Bu planlar ortaq xarakter daşıya, Ukrayna sülh müqaviləsi imzalamağa razı ola bilərmi? Türkiyə yenidən niyə bu istiqamətdə aktivləşdi?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanması, müharibənin dayandırılması istiqamətində dəfələrlə təşəbbüslərlə çıxış edib:

“Türkiyə həm Ukrayna, həm də Rusiya ilə Qara dənizdə həmsərhəd dövlətdir. Bu da onun vasitəçilik imkanını bir qədər artıran amildir. Nəzərə almaq lazımdır ki, bu günə qədər Antalya Diplomatik Formu çərçivəsində xarici işlər nazirlərinin görüşü Türkiyə vasitəsilə təşkil olunmuşdu. İstanbul prosesi çərçivəsində də nümayəndə heyətlərinin görüşü keçirildi. Bu prosesin davam etdirilməsi istiqamətində bir sıra ehtimallar var”.

İlyas Hüseynov

Politoloqun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sülhün, sabitliyin bərqərar olunması üçün əlindən gələni edir:

“Ukrayna müharibəsinin həlli ilə bağlı planın tərtib olunması gözləniləndir. Donald Trampın da prezident seçildikdən sonra müharibəni dayandıracağı ilə bağlı vədləri var idi. Bunun hansı formada icra olunacağı isə sual doğurur. Çünki o, cəmi 1 gün ərzində müharibəni dayandıracağı ilə bağlı fikirlər səsləndirdi. Trampın təyin etdiyi komandasında olan şəxslərin kimliyinə, keçmişinə və siyasi, geopolitik keçmişinə nəzər salsaq görərik ki, daha çox Çin və İranla mübarizə var. Amma Rusiyaya da təzyiqlərin başlaması istisna deyil. Artıq sülh istiqamətində yarışların başladığını görürük. Türkiyənin bu iki ölkə arasında sülhün əldə edilməsinə nail olması yaxşı olardı. Bu onun beynəlxalq miqyasda da diplomatik səriştəsini nümayiş etdirərdi”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Noyabr 2024 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri