Türkiyənin vitse prezidenti: Regionun münaqişələrin artmasına deyil, diplomatiyaya ehtiyacı var
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Ankara, 22 iyun, AZƏRTAC
Regionun və bəşəriyyətin münaqişələrin artmasına deyil, effektiv və etibarlı diplomatiyaya ehtiyacı var.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsi ilə bağlı sosial şəbəkələrdəki paylaşımında bildirilir.
Siyasətçi xəbərdarlıq edib ki, regionda gərginliyin artması humanitar və iqtisadi xərclərin artması və bütün tərəflər üçün yeni təhlükəsizlik riskləri ilə bağlıdır.
C.Yılmaz qeyd edib ki, ABŞ-ın İran və İsrail arasında münaqişəyə qoşulması “prosesləri dərin narahatlıq doğuracaq səviyyəyə çıxarıb”.
“Hadisələrin hazırkı gedişatı dayandırılmasa və diplomatiyanın rıçaqlarından istifadə edilməsə, regional və qlobal təhlükəsizlik daha təhlükəli nəticələrlə üzləşəcək”, - deyə Türkiyə vitse-prezidenti qeyd edir.
C.Yılmaz beynəlxalq ictimaiyyəti ziddiyyətlərin diplomatik yolla nizamlanmasının tərəfdarı olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyini dəstəkləməyə çağırıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 22 İyun 2025 21:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















