Icma.az
close
up
RU
Türkiyənin vitse prezidenti: Azərbaycan qazının Suriyaya tədarükü mühüm humanitar addım və regionun enerji təhlükəsizliyinə töhfədir

Türkiyənin vitse prezidenti: Azərbaycan qazının Suriyaya tədarükü mühüm humanitar addım və regionun enerji təhlükəsizliyinə töhfədir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ankara, 20 avqust, AZƏRTAC

Azərbaycan qazı ilə istehsal edilən elektrik enerjisi sayəsində Suriya xalqı uzun müddət gözlədiyi işığı əldə edəcək. Nəhayət ki, uzun illər Bəşər Əsəd rejiminin zülmü altında olan suriyalılar öz problemlərini həll edə biləcəklər. Bu kontekstdə hesab edirəm ki, Azərbaycan qazının Suriyaya tədarükü mühüm humanitar addım və regionun enerji təhlükəsizliyinə töhfədir.

AZƏRTAC xəbər verir ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bu bəyanatla avqustun 20-də “SOCAR Türkiye” şirkəti və Yaxın Şərq Universitetinin (ODTÜ) səyləri ilə həyata keçirilən “Cib kitabları” sosial layihəsinin Ankarada təşkil edilən təqdimat mərasimində çıxış edib.

C.Yılmazın sözlərinə görə, Azərbaycan qazının Suriyaya nəqlinin başlanması Ankara ilə Bakının sıx əməkdaşlığı və koordinasiyası sayəsində mümkün olub. O, Türkiyə və Azərbaycanın, habelə bütün regionun tərəqqisində əhəmiyyətli rola malik olan iki qardaş ölkənin əməkdaşlığını enerji təhlükəsizliyinin təmin edilməsində “kritik əlamətdar amil” adlandırıb.

Türkiyənin vitse-prezidenti Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Trans-Anadolu (TANAP) kimi layihələrin əhəmiyyətini də vurğulayıb. C.Yılmaz diqqətə çatdırıb ki, SOCAR-ın Türkiyəyə investisiyalarının həcmi 18 milyard dollardan çoxdur. Bu, Azərbaycan şirkətinə Türkiyə iqtisadiyyatına sərmayə qoyan xarici investorlar arasında lider mövqeyinə çıxmaq imkanı verib.

C.Yılmaz bildirib ki, “SOCAR Türkiye” şirkəti Türkiyənin neft-kimya kompleksinə əlavə 7 milyard dollar sərmayə qoymaq imkanlarını nəzərdən keçirir. O əlavə edib: “Ümidvaram ki, bu layihə mümkün qədər tez həyata keçiriləcək. Bu cür təşəbbüslər xarici ticarət kəsirinin azaldılması və ölkəmizin makroiqtisadi sabitliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Türkiyənin vitse-prezidenti qeyd edib ki, “SOCAR Türkiye”nin inkişafı Türkiyə hökumətinin 2053-cü ilə qədər atmosferə zərərli qaz emissiyalarını sıfıra endirmək planlarına uyğundur.

C.Yılmaz elektrik enerjisi nəqlinin artırılmasını Ankara ilə Bakı arasında əməkdaşlığa doğru daha bir strateji addım adlandırıb.

Türkiyəli siyasətçi “SOCAR Türkiye” və ODTÜ-nün sosialyönümlü yeni layihəsini alqışlayıb və bu təşəbbüsü Türkiyədə mədəniyyət və savadlılığın artırılmasına mühüm töhfə kimi xarakterizə edib.

Daha sonra “SOCAR Türkiye” şirkətinin baş direktoru Elçin İbadov və ODTÜ-nün rektoru Ahmet Yozqatlıgil çıxış ediblər.

Ramil Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri