Türkiyənin XİN başçısı Suriyaya səfər edib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
İstanbul, 5 aprel, AZƏRTAC
Türkiyənin xarici işlər naziri Hakan Fidan regional məsələlərin və İranla bağlı gərginliyin müzakirəsi məqsədilə Suriyaya səfər edib.
AZƏRTAC xəbər verir ki, nazirlikdən əldə edilən məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli məsələlərin və regional mövzuların müzakirə olunması nəzərdə tutulur. Rəsmilərin Suriyanın yenidən qurulması üçün ikitərəfli səviyyədə həyata keçirilən layihələri dəyərləndirməsi, Suriyada institusional potensialın artırılması səylərinə dəstək istiqamətində görülən işləri nəzərdən keçirmələri, yanvarın 17 və 29-da əldə edilmiş razılaşmalar çərçivəsində Suriyanın şimal-şərqinin mərkəzi idarəetməyə inteqrasiyasında əldə olunan mərhələnin qiymətləndirməsi gözlənilir. Həmçinin Suriyanın təhlükəsizliyi istiqamətində təhdidlərin müzakirə olunması, bölgədəki gərginliyin Suriyaya təsirinə diqqət yetirilməsi, eləcə də Livandakı vəziyyət başda olmaqla digər regional məsələlərin müzakirəsi planlaşdırılan sahələr arasındadır.
Bundan əlavə, nazir Hakan Fidanın Suriyaya səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski və Suriya Prezidenti Əhməd Əl Şaraa ilə üçtərəfli görüş keçirməsi planlaşdırılır.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 05 Aprel 2026 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















