Icma.az
close
up
RU
TürkiyəSuriya savaşı başlayarsa... (ŞƏRH)

TürkiyəSuriya savaşı başlayarsa... (ŞƏRH)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Suriyadakı mövcud vəziyyət Türkiyə ilə İsrail arasında onsuz da yumşaq olmayan vəziyyətin daha da gərginləşdirdi. İsrailin The Jerusalem Post nəşri Netanyahu hökuməti tərəfindən yaradılan və müdafiə büdcəsi və təhlükəsizlik strategiyası üzrə analizlərlə məşğul olan Nagel Komitəsinin hesabatına əsasən bu qənaətə gəlib ki, Təl-Əviv Türkiyə ilə müharibəyə hazırlaşır. Belə ki, həmin komitə İsrail hökumətinə Türkiyə ilə müharibəyə hazırlaşmağı tövsiyyə edib. 

Sənəddə deyilir ki, İsrail Türkiyənin Osmanlı imperiyasını bərpa etmək cəhdlərinə qarşı bu ölkə ilə birbaşa konfrantasiyaya hazır olmalıdır. Sənəddə  Türkiyənin regionda qeyri-stabil vəziyyət yaratmaq üçün Suriyadan olan silahlı qruplaşmalarla birləşib proksi müharibəsi aparmağa cəhd edəcəyi risqinin olduğu göstərilir. Qeyd edilir ki, Suriya tərəfdən  təhlükə İrandan gələn təhlükədən də daha dəhşətli ola bilər. Bu əsasda sözügedən  komitə yaxın 5 il ərzində İsrailin hərbi büdcəsinin 15 milyard şekelə (4,1 milyard dollar) qaldırmağı və İordan çayı sahilində müdafiə baryerləri tikməyi təklif edib. Bu hesabat yanvarın 6-da baş nazir Benyamin Netanyahuya, müdafiə naziri İsrael Katsu və maliyyə naziri Betsalel Smotriçə təqdim edilib. Netanyahu isə deyib ki, Yaxın Şərqdə fundamental dəyişikliklərin şahidi olmaqdayıq. İran uzun müddət bizim əsas rəqibizim olub. Lakin indi arenaya yeni   qüvvələr çıxır və biz gözlənilməz hadisələr hazır olmalıyıq. Bu açıqlama onsuz da gərgin olan Ankara Təl-Əviv münasibətlərinin Suriya hadisələri fonunda daha da gərginləşə biləcəyinə işarədir. Bu fonda bölgədə yeni müharibənin Türkiyə ilə İsrail arasında ola biləcəyinə dair ehtimallar da artır. 

Qeyd edək ki, Türkiyə Prezidenti Ərdoğan bundan əvvəl Livan, İraq və Suriyadan sonra Türkiyənin özünün də İsrail tərəfindən hədəfə gələcəyini bildirib. Bu isə o  deməkdir ki, rəsmi Türkiyə İsrailin Nagel  Komitəsinin hesabatının nədən ibarət olacağından əvvəlcədən xəbərdar olub.  Xatırladaq ki, Türkiyə İsrailin Qəzza bölgəsi və Livanda həyata keçirdiyi hərbi əməliyyatlara qarşı çıxıb. Prezident Ərdoğan hətta İsrail baş naziri Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən qəbul olunan qərarları da dəstəkləyib. Verilən bu açıqlamalar Akara ilə Təl-Əviv arasında toqquşmanın olacağını ehtimal edir. Ən azından, tərəflərdən ya hər ikisi, ya da  biri bunda maraqlı görünür. Lakin mövcud vəziyyət Türkiyə ilə İsrail arasında birbaşa  toqquşmanı istisna edir. Ən azından ona  görə ki, hər iki tərəfin müttəfiqi olan ABŞ buna imkan verməyəcək. Çünki həmin  müharibənin alovlanması ABŞ-ın rəqibləri olan Rusiya, İran və Çinin maraqlarına xidmət edir. Prezidentlik postunu təhvil  almaq ərəfəsində olan Trampın birinci Prezidentlik dövründə İsrailpərəst mövqeyilə seçildiyini nəzərə alsaq, Türkiyənin də İsraillə birbaşa toqquşmaya getməkdə maraqlı olduğunu söyləmək çətindir. Rəsmi Ankaranın İsraillə  münasibətdə Vaşinqtonu narazı salacaq addımlar atmaqdan çəkinəcəyini ehtimal edə bilərik. Çünki bu  halda Tramp adminstrasiyası NATO üzrə müttəfiqi Türkiyəni deyil, birmənalı şəkildə əsas strateji tərəfdaşı olan İsrailin yanında olacaq. Amma reallıqda Vaşinqton   ümumiyyətlə bu müharibənin alovlanmasına imkan verməyəcək. Bu mənada, İsrail tərəfinin Trampın səlahiyyətlərə başlaması ərəfəsində verdiyi belə açıqlamalar sadəcə olaraq, Suriyada öz maraqlarının təmininə nail olmaq üçün Ankaraya hədə-qorxu gəlmək məqsədi daşıyır. Ona görə də müharibənin olması ehtimalı olduqca azdır. Digər tərəfdən, İsrail Türkiyə ilə müharibəyə getməz. Belə ki, Təl-Əviv Türkiyənin Yaxın Şərq hadisələrində aparıcı rolunu, onun hərbi gücünü, regiona təsir imkanlarını nəzərə almadan keçə bilməz.  Bunların nəzərə alınması isə o deməkdir ki, İsrail belə bir avantüraya gedib özünü çətin duruma salmaz. 

Sözügedən  komitənin verdiyi açıqlama sadəcə olaraq, Türkiyənin Suriyada söz sahibi olmasını həzm edə bilməmələrindən qaynaqlanır. Məqsəd də Türkiyənin ərazidə irəliləməsinin, yeni Suriya hökumətilə  birlikdə kürd terrorçuları və İsrailin dəstəklədiyi druzlardan ibarət silahlı qruplaşmaları zərərsizləşdirmək cəhdlərinin  qarşısını almaqdır. Onlar arasında toqquşma  olsa-olsa hər iki tərəfin dəstəklədiyi müxtəlif proksi qüvvələri arasında baş verəcək. Əslində İsraillə Türkiyə arasında  qarşıdurmanın olması Suriyadakı itirilmiş mövqelərini yenidən bərpa etmək üçün Rusiya və İranın maraqlarına xidmət edir.  Onlar öz mövqelərini itirdikləri mövcud vəziyyətdə çətin ki, Suriyada stabilliyin olmasını istəsinlər. 


Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Yanvar 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri