Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Maskın raketi suya düşərək partladı Video

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

Türkiyəyə qarşı sensasion plan işə düşdü Müharibə başladı

Türkiyəyə qarşı sensasion plan işə düşdü Müharibə başladı

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-la İran arasında Cenevrədə aparılan nəticəsiz danışıqlardan sonra hər kəs müharibə çıxacağını gözləyirdi. Partlayış xəbərləri isə Pakistan-Əfqanıstan sərhədlərindən gəldi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz bildirib.

O qeyd edib ki, iki müsəlman ölkə arasında hərbi gərginliyin artmasının Hindistan Baş naziri Narendra Modinin İsrailə səfərindən dərhal sonraya düşməsi diqqətçəkicidir:

“Modi İsraildə xüsusi təmtəraqla qarşılanmış və iki dövlət arasında 16 strateji əhəmiyyətli müqavilə bağlanmışdı. Bu müqavilələr arasında hərbi əhəmiyyət daşıyan razılaşmalar da var. Sözügedən anlaşmalarda Hindistanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, lazer silahlarının hind təyyarələrinə quraşdırılması kimi olduqca ciddi xüsuslar da yer alır. Nəzərə alsaq ki, Modinin məlum səfərindən əvvəl İsrail Baş naziri Benyamin Netanyahu şiə və sünni ittifaqa qarşı müxtəlif coğrafiyalarda yerləşən ölkələrdən ibarət altıguşəli müdafiə sistemi yaradacaqlarını bəyan etmiş və bu ittifaqın üzvləri arasında Hindistanın adını xüsusilə çəkmişdi, Narendra Modi ilə imzalanan hərbi-strateji müqavilələr ayrı bir anlam qazanır. Görünən budur ki, Təl-Əviv İran məsələsinin artıq həll edildiyini, növbəti mərhələdə əsas hədəfin sünni ittifaqlar olduğunu düşünür və bu istiqamətdə ilk addımları atır.

Prinsip etibarilə, Cenevrədə keçirilən İran və ABŞ danışıqlarından gələn xəbərlər də bu ehtimalı gücləndirir. İstər danışıqların vasitəçisi olan Omanın, istərsə də İranın Xarici İşlər Nazirliyinin görüşün nəticələri barədə verdikləri açıqlamalar tərəflərin ilkin razılaşmalar əldə etdiklərini göstərir. Məlumata görə, saatlarla sürən danışıqlarda “əhəmiyyətli irəliləyiş əldə edilib", gələn həftənin ilk iş günündə Vyanada keçiriləcək növbəti görüşlərdə anlaşmanın “texniki tərəfləri” masaya yatırılacaq.

Modinin İsrail səfərindən və ABŞ-İran danışıqlarında “önəmli irəliləyişlər əldə olunmasından" dərhal sonra Pakistan-Əfqanıstan gərginliyinin ortaya çıxmasının səbəblərinə gəlincə, fikrimcə, əsas məsələ Netanyahunun təbiri ilə desək, “sünni ittifaqın” son zamanlar aktivləşməsi və regional təhlükələrə qarşı ittifaq qurması ilə bağlı ola bilər. Məlum olduğu kimi, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə səfər etmişdi. Səfər çərçivəsində tərəflər ABŞ-ın İrana hücum təhdidlərini, Suriyadakı son hadisələri və Qəzzadakı vəziyyət kimi regional məsələləri, eləcə də ikitərəfli münasibətləri müzakirə etmişdilər. Hər iki ölkədə müdafiə sənayesi, aviasiya, enerji, infrastruktur və tikinti, səhiyyə, kənd təsərrüfatı, qida, turizm, informasiya texnologiyaları, rəqəmsal transformasiya, logistika, daşınmaz əmlak və s. kimi sahələrdə yeni əməkdaşlıq imkanlarının müzakirə etdikləri bildirilir. İsrail və regional müttəfiqləri bu səfərlərin adi gediş-gəliş olmadığını, yeni hərbi ittifaq arayışlarından irəli gəldiyini düşünürdülər. Almaniyanın DV nəşri səfərləri belə şərh edirdi: “Keçmişdə çətin dövrlər yaşayan bu iki ölkə ilə əlaqələr Türkiyənin ABŞ və Rusiyadan asılı olmayaraq Yaxın Şərqdə təhlükəsizlik arxitekturası qurmaq səyləri üçün vacibdir”.

Bir çox analitik Türkiyə prezidentinin Səudiyyə Ərəbistanı və Misirə səfərlərinin əsas məqsədini NATO Nizamnaməsinin 5-ci maddəsinə uyğun şəkildə hərbi ittifaq qurmaq istəyi ilə əlaqələndirirlər. Bu mülahizəyə görə, yeni hərbi ittifaqın nüvə çətiri Pakistan, konvensional silah tədarükçüsü Türkiyə, maliyyə mənbəyi isə Səudiyyə Ərəbistanı ola bilər.

Bildirildiyinə görə, artıq ABŞ-a güvənməyən Səudiyyə Ərəbistanı özünün hava hücumundan müdafiə imkanlarını artırmaq üçün alternativlər axtarır. Bunun üçün də Pakistandan Çin istehsalı olan JF-17 hərbi təyyarələri, Türkiyədən isə KAAN qırıcıları almaq istəyir. Amma Çini özünün ən güclü rəqibi kimi görən ABŞ JF-17 hərbi təyyarələrinin alınmasına isti baxmadığından rəsmi Ər-Riyad əsasən türk qırıcıları üzərində dayanıb. Səudiyyə Ərəbistanı 100 ədəd KAAN təyyarəsi almaq barədə düşünür. Hətta bununla da kifayətlənmək istəmir, təyyarənin birgə istehsalı barədə Türkiyə ilə danışıqlar aparır. Misir və Pakistanın da Türkiyə istehsalı olan dronlara və təyyarələrə ehtiyacı var. Haqqında danışdığımız ölkələrin bu ortaq ehtiyacları onları birgə fəaliyyət göstərməyə, hərbi-strateji ittifaqlar qurmağa təşviq edir. Netanyahunun altıguşəli təhlükəsizlik ittifaqı təklifinin məhz belə bir məqamda gəlməsi də təsadüfi deyil.

Bəs İran-ABŞ danışıqlarının bu məsələyə nə dəxli var?

Fikrimcə, bu suala ən dolğun cavabı Netanyahuya yaxınlığı ilə seçilən sağçı “İsrail Hayom” qəzetində yazan siyasətçi Zvi Hauser verib. Hauserin fikrincə, Modinin Netanyahu ilə müzakirə etdiyi əsas mövzulardan biri İranın gələcəyi və mövcud rejimin potensial çöküşünün yarada biləcəyi geniş imkanlarla bağlı idi. Müəllif yazısında “molla rejiminin çöküşündən sonrakı dövrdə İsrail, Hindistan və İranın bölgədə güclü strateji ittifaq yarada biləcəklərini” istisna etməmişdi.

Qısası, görünən budur ki, Cenevrə danışıqlarında ilk uğurlu nəticələr alınan kimi İsrail İranı da özünün “antisünni ittifaqı”na qoşmaq niyyətindədir. Kim bilir, bəlkə də İran rəsmiləri məhz bu səbəbdən ABŞ-la danışıqlarda Türkiyənin vasitəçiliyindən imtina etmişdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Fevral 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

28 Sentyabr 2026 03:28see152

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

28 Sentyabr 2026 02:24see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

28 Sentyabr 2026 07:50see150

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri