Talibandan Türkiyəyə: Müharibə istəmirik, amma Pakistan...
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əfqanıstan zorakılığı dəstəkləmir və məsələləri dialoq yolu ilə həll etməyə üstünlük verir. Lakin bu, Pakistan tərəfindən səmimi öhdəlik və praqmatizm tələb edir.
Axar.az xəbər verir ki, bunu Əfqanıstanın xarici işlər naziri Əmirxan Muttaki Türkiyənin xarici işlər naziri Hakan Fidan və Qətərin xarici işlər üzrə dövlət naziri Məhəmməd əl-Xuleyfi ilə telefon danışıqları zamanı deyib.
"Əfqanıstan İslam Əmirliyi əvvəldən zorakılığı dəstəkləməyib və məsələlərin qarşılıqlı anlaşma və hörmət yolu ilə həll edilməsini daim müdafiə edib. Lakin bu, yalnız qarşı tərəfin həll yoluna praktik və səmimi sadiqlik nümayiş etdirməsi halında təsirli olacaq", - Muttaki bildirib.
Fidan və əl-Xuleyfi ilə söhbətlərində o, Əfqanıstan ordusunun Pakistana qarşı hərəkətlərinin "ölkənin suverenliyini, hava məkanını və ərazi bütövlüyünü qorumaq üçün həyata keçirildiyini və bu məqsədlərə uğurla nail olunduğunu" vurğulayıb.
Qeyd edək ki, Pakistan və Əfqanıstan arasında ötən gündən toqquşmalar başlayıb. Pakistan Əfqanıstanla açıq müharibəyə girdiyini elan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 27 Fevral 2026 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















