Icma.az
close
up
RU
Türkiyəyə “səsini kəs” deyən Pişəvərinin tarixi səhvi

Türkiyəyə “səsini kəs” deyən Pişəvərinin tarixi səhvi

Icma.az bildirir, Axar.az portalına istinadən.

Bu gün 1945-ci ilin 12 dekabrında Güney Azərbaycanda qurulan 1 illik Cənubi Azərbaycan Milli Hökumətinin 80 illiyi, süqutunun isə 79-cu illiyidir.

Hər il bu günlə bağlı çox sayda məqalələr yazılır, “tariximizin qızıl səhifəsi”, “azərbaycanlıların azadlıq nəğməsinin tərənnümü”, “azadlığa susamış xalqın üsyanı” və başqa bu kimi köhnəlmiş, təkrar və bezdirici ifadələrlə tarixi hadisənin ildönümü yola verilir. Bu yazılarda Cənubi Azərbaycan Milli Hökumətinin qurulma səbəbləri qeyd olunduğu, şəninə təriflər yağdırıldığı halda, onun süqutuna səbəb olan amillər barədə ciddi fikir bildirilmir, Sovetlər Birliyi dönəmindən qalan bayağı ifadələrlə məsələ ört-basdır edilir. Ancaq düşünülmür ki, həmin dövr Güney Azərbaycan İranda milli təfəkkürün, milli hərəkatın ən güclü məkanı olduğu, bunun muxtariyyətlə nəticələndiyi bir halda, Cənubi Azərbaycan Milli Hökuməti niyə qurulmasının 1 illiyində ağır məğlubiyyətlə üzləşdi və bugünkü Güney Azərbaycan və azərbaycanlılara zidiyyətli miras qoydu?

Düzdür! Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Demokratik Firqəsinin təcrübəsi İranın müasir tarixində bu qəbildən olan və milli muxtariyyətlə nəticələnən yeganə nümunədir. Həmin hökumət (muxtariyyət) bir illik fəaliyyəti dövründə təcrid və müflis olmuş Güney Azərbaycan iqtisadiyyatını yenidən qurmaq, torpaq islahatları aparmaq, universitet təsis etmək, qadınlara səs vermək hüququnu tanımaq, Təbrizi modernləşdirmək, Təbrizin əmək bazarında tarazlığı bərpa etmək və ən əsas Azərbaycan dilində rəsmi təhsil təşkil etmək kimi yaddaqalan işləri həyata keçirib. Ancaq bütün bu xidmətlərə baxmayaraq, Pişəvərinin başçılıq etdiyi Azərbaycan Demokrat Firqəsinin mirası həm də siyasi məğlubiyyəti ilə yadda qalıb və bu, həm də azərbaycanlılara “döyüşsüz məğlubiyyət”in məyusluğunu miras qoyub.

Cəsarətinə və fədakarlığına baxmayaraq, Seyyid Cəfər Pişəvəri strateji səhv edərək, mümkün olan vaxtda Tehrana təzyiqi artırmaq, ölkədə yaşayan başqa xalqlarla birlikdə modern idarəçilik sisteminin, üsul-idarəsinin qurulmasına çalışmaq əvəzinə, imperiya rejiminin islahatını və “qanuni yollarla monarxiyanın hakim olduğu İranın demokratikləşdirilməsi” kimi utopiyaya üstünlük verib. Bu xəyalı o qədər güclü olub ki, hətta 1946-cı ilin payızında, İranın vaxtkı baş naziri Qəvam əs-Səltanə Azərbaycan Milli Hökumətini aradan götürmək və fədailəri dağıtmaq üçün son hazırlıqları görərkən belə, Pişəvəri 15-ci məclisə seçkilərin və qanuni metodların zəruriliyində israr edib.

Bu yanlış hesablama isə Azərbaycan Demokrat Firqəsinin, Milli Hökumətin və Güney azərbaycanlıların taleyini həll edib. Paytaxta doğru hərəkət etmək və ya Cənubi Azərbaycan müstəqil dövlətini elan etmək əvəzinə, hətta Zəncanı da Tehrana verib geri çəkilib; və səhvlərini çox gec, Tehran ordusunun qırğın və talanlara başlamasından sonra başa düşüb.

Sərəncamında 11 min silahlı fədai olduğu halda Milli Hökumət adına layiq ciddi müqavimət göstərmək əvəzinə geri çəkilib, Güney Azərbaycanın sonrakı nəsillərini uzun illər boyu ümidsizlik, məyusluq və baş verən məğlubiyyətin vurduğu mənəvi və psixi ağrılarla üz-üzə qoyub.

Geri çəkilməyin nəticəsində isə şah ordusu ciddi müqavimətlə üzləşmədən Azərbaycana girib, 30 minə yaxın insanı güllələyib, asıb, aralarında çox sayda qadın və uşaq da olmaqla, minlərlə insanı ölüm düşərgələrində, həbsxanalarda aclıqdan öldürüb.

Və bununla da aydın olub ki, təslim olmaq qırğın və sürgünün qarşısını almır, həm də onu daha da gücləndirir, sonrakı repressiyaların artmasına zəmin yaradır.

Düzdür, Seyid Cəfər Pişəvərinin və başçılıq etdiyi qurumun rəhbərliyinin Sovetlər Birliyinə günün tələbinə uyğun məcburi də olsa inanması, güvənməsi də Cənubi Azərbaycan Milli Hökumətinin süqutunda müstəsna rol oynayıb. Dövrün vəziyyətinə uyğun olaraq, Moskva Cənubi Azərbaycan Milli Hökumətinin və Cənubi azərbaycanlıların taleyini qumara qoyub, siyasi maraqlar uğrunda qurban verib.

Pişəvəri elə bunu da Azərvaycan Sovet Sosialist Respublikasına məcburi mühacirətindən sonra anlayıb, “Moskvaya güvənmək əvəzinə İrandakı xalqlarla birgə mərkəzi hökumətin devrilməsinə, yeni sistemin qurulmasına çalışmalı” olduqlarını etiraf edib, elə bu da onun heç vaxt geri qayıda bilməməsi üçün aradan götürülməsinə səbəb olub.

Cənubi Azərbaycan Milli Hökumətinin başçısı həm də Sovetlər Birliyinin yer aldığı sosialist cəbhəsində tənqidlə qarşılaşmamaq üçün istəmədən Güney Azərbaycanın təcrid olunmasına və Moskvanın mərhəmətinin ümidinə qalmasına imkan yaradıb.

Xarici, xüsusən Türkiyə mediası, Ankara radiosunun Milli Hökumətlə bağlı yayımladığı veriliş və materiallara, Türkiyə mediasının Güney Azərbaycanı müstəqil dövlət kimi təbliğ etməsinə etiraz edən Pişəvəri onları qalmaqal yaratmaqda ittiham edib, “sadə məsələni qlobal problemə çevirərək İrana ziyan vurmaq”da günahlandırıb.

“Əgər türk mürtəceləri türk xalqını Amerika müstəmləkəçilərinin qucağına atmaq istəyirlərsə, biz heç nə deyə bilmərik, ancaq Azərbaycanı İrandan ayırmağı düşünmürük. Türklər bunu başa düşməli, səslərini kəsməli və bizi rahat buraxmalıdırlar” - Pişəvərinin sözüdür.

Və sonda!

Bütün bunlara baxmayaraq, S.C.Pişəvərinin başçılıq etdiyi Cənubi Azərbaycan Milli Hökuməti Güney azərbaycanlıların, ümumiyyətlə İranda yaşayan türklərin müasir tarixində öz müqəddəratını təyin etmək uğrunda unudulmaz təcrübələri, hələ də söykənə biləcəkləri hüquqi bazadır. Ona görə ki, o gündən bu yana o səviyyədə yeni bir təcrübə, uğur əldə edilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Dekabr 2025 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri