Icma.az
close
up
RU
Türklər yenidən öz oyununu oynayırlar Deputat

Türklər yenidən öz oyununu oynayırlar Deputat

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Yaşadığımız dövr Makkinderin hartlend nəzəriyyəsinin nəinki keçərliliyinin, eyni zamanda hartlendəkilərin rollarının artdığını üzə çıxarır ki, burada söhbət ilk növbədə türklərdən gedir. Türklər yenidən yönəldiləndən yönəldənə, öz oyununu oynayanlara çevrilməkdədirlər ki, TDT-nin Avropanın Mərkəzində-Macarıstanda keçirilən qeyri-rəsmi zirvəsi məncə, elə həm də onun təsdiqi idi”.

Ölkə.az xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputat əlavə edib ki, Macarıstanın xarici işlər naziri bir zamanlar türk dünyasına üz tutduqlarına görə Avropada onlara gülənlərin indi qibtə etdiyini söyləyir və tam haqlıdır: “Mən qürurla bildirirəm ki, məhz dövlətimizin bir sıra hallarda hətta qabaqlayıcı xarakter daşıyan addımları belə bir reallığın yaranmasına səbəb oldu. Bu gün türk dövlətlərinin təklikdə apardığı oyunun komanda oyununun bir parçasına çevrilməsində, onların arasında fikir ayrılıqlarının tənzimlənməsində, mühüm məsələlərdə ortaq mövqenin formalaşdırılmasında rəsmi Bakının fəaliyyəti göz qabağındadır. Yəni biz türk dövlətləri arasında təkcə coğrafi, mədəni, mənəvi, mental deyil, həm də diplomatik körpü rolunu da oynayırıq. Cənab İlham Əliyevin müstəqillik, suverenlik və Quzey Kiprə yanaşmada da olduğu kimi geniş anlamda milli təəssübkeşlik məsələsində sərgilədiyi qətiyyət heç şübhəsiz qardaş dövlətərdə yetişən gənc siyasətçilərə də təsirsiz ötüşməyəcək. Əminəm ki, dövlət başçımız tarixdə cənab Ərdoğanın sözləri ilə desək, təkcə sülh yardan deyil, türk dünyasının vahid ailəyə və güc mərkəzlərindən birinə çevrilməsində mühüm rol oynayan lider kimi qalacaq. 

Burada böyük məmnunluqla vurğualyıram ki, Budapeştdə TDT zirvəsi ilə eyni gündə Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfransın keçirilməsində bir rəmzlik vardı və mən istərdim ki, digər türk dövlətləri də Türkiyənin bu məsələdə göstərdiyi həssaslığı bölüşsünlər. Cənab İlham Əliyevin sözü gedən konfrans iştirakçılarına müraciətində vurğulandığı kimi Qərbi azərbaycanlıların qayıdış istəyinin Ermənistana qarşı ərazi iddiası demək olmadığının və istəyimiz reallaşana qədər bu məsələnin Azərbaycanın gündəliyindən çıxmayacağının  əminəm ki, onlar da fərqindədirlər. 
Və sonda Avropa Siyasi Birliyinin Tirandakı zirvəsinə, orada kimlərin cənab Prezidentin ayağına getdiklərinə toxunaraq bildirmək istəyirəm ki, dövlət başçımızın bu regionda Azərbaycanla hesablaşmayanların  peşmançılıq çəkəcəkləri haqda fikirləri axır vaxtlar bizə çeşidli yollarla təzyiq göstərməyə çalışanlara, torpaqlarımızın  işğalında Ermənistana verdikləri hərtərəfli dəstəyi tam da olmasa, rəsmi şəkildə artıq açıq etiraf edənlərə də aiddir”.

Mürtəza
Ölkə.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 May 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri