Türkmənistan 50 illik qaz əsaslı alovun həcmini azaltmağa nail olub
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkmənistan tərəfi ölkənin Qaraqum səhrası ərazisində 50 illik bir müddətdə davam edən qaz əsaslı alovun həcmini əhəmiyyətli dərəcədə azaltmağa nail olub.
APA “Agence France-Presse”yə istinadən xəbər verir ki, 1971-ci ildən tüğyan edən və atmosferə xeyli miqdarda metan qazı yayan nəhəng qaz məşəli üçqat həcmdə ram edilib.
Bu məlumatı “Turkmengaz” Dövlət Energetika Şirkətinin direktoru İrina Luryova da təsdiqləyib.
Onun sözlərinə görə, alovun çıxdığı ərazinin ətrafında metan qazının hasilatı məqsədilə çoxsaylı quyular qazılıb.
Qeyd edək ki, Beynəlxalq Energetika Agentliyi Türkmənistanın atmosferə ən çox metan qazı buraxan ölkə olduğunu açıqlayıb. Bu ölkə qaz ehtiyatlarına görə dünyada 4-cü yeri tutur.


