Türkmənistan hokkeyçiləri uduzduqları matçdan sonra rəqibə hücum ediblər
Report.az saytına istinadən Icma.az xəbər verir.
Türkmənistan yığmasının hokkeyçiləri Qış Asiya Oyunlarının qrup mərhələsində Honkonqa məğlub olduqları matçdan (1:5) sonra rəqib oyunçulara hücum ediblər.
"Report" xəbər verir ki, bu barədə Honkonq Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Türkmənistan komandasının üzvləri - Erkin Kakabayev, Arslan Geldimiradov və Beqenç Dovletmiradov matçdan sonra əlsıxma zamanı Honkonq millisinin üzvlərinə hücum etsələr də, rəqib hokkeyçilər ciddi xəsarət almayıblar.
Bununla bağlı bəyanat yayan Honkonq Olimpiya Komitəsi Beynəlxalq Hokkey Federasiyasına (IIHF), Asiya Olimpiya Şurasına (OCA) və oyunların təşkilində iştirak edən müvafiq təşkilatlara müraciət ünvanlayaraq idmançıların təhlükəsizliyinin təmin olunmasını tələb edib.
Hadisə ilə əlaqədar türkmənistanlı hokkeyçilər cərimələniblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 10 Fevral 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















