Çin və Türkmənistan strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çin və Türkmənistan xarici işlər nazirləri Vanq Yi və Rəşid Meredov arasında telefon danışığı olub. Nazirlər ikitərəfli strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər.
525.az xəbər verir ki, bu barədə Türkmənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Müzakirələrdə, xüsusilə siyasi və diplomatik əməkdaşlıq, iqtisadiyyat, enerji və bir sıra digər sahələr kimi mühüm istiqamətlərə toxunulub.
Bildirilib ki, Türkmənistan-Çin münasibətlərinin dinamik inkişafının əsas amili ən yüksək səviyyədə qurulmuş açıq, dostluq və konstruktiv dialoqdur. Məhz Türkmənistan və Çin liderlərinin müntəzəm görüşləri iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq potensialının yaradılması üçün möhkəm zəmin rolunu oynayır.
Tərəflər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin vacibliyini vurğulayıblar və diplomatik kanallar vasitəsilə müntəzəm ikitərəfli təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 26 May 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















