Azərbaycan və Türkmənistan dəniz yük daşımalarının artımını müzakirə ediblər
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda Türkmənbaşı Beynəlxalq Dəniz Limanının direktoru Paraxat Cumayevin başçılıq etdiyi nümayəndə heyəti "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktoru Eldar Salaxovla işgüzar görüş keçirib.
Moderator.az Türkmənistan XİN-ə istinadən xəbər verir ki, tərəflər Türkmənbaşı, Bakı, Poti, Batumi və Konstansa limanları vasitəsilə yük axınlarının artırılması perspektivlərini müzakirə ediblər.
Görüş zamanı Türkmənistan və Azərbaycanın strateji tərəfdaşlığı ardıcıl şəkildə gücləndirdiyi, Türkmənbaşı və Bakı (Ələt) limanları arasında logistikanın inkişafına xüsusi diqqət yetirdiyi vurğulanıb. Xüsusilə, qarşılıqlı əmtəə dövriyyəsinin artması şəraitində Xəzər dənizi vasitəsilə yük axınının artırılması, nəqliyyat əlaqələrinin genişləndirilməsi və Orta Dəhlizin inkişafı üzrə tədbirlər müzakirə olunub.
Həmçinin tərəflər son illər ərzində sərhəd və gömrük prosedurlarının sadələşdirilməsi sahəsində əhəmiyyətli irəliləyişin əldə olunduğunu, dəniz və dəmir yolu xidmətləri üzrə tariflərin azaldılmasının multimodal daşımaların artmasına və tranzit konteyner aşırımının çoxalmasına səbəb olduğunu qeyd ediblər.
"Tərəflər eyni zamanda Xəzər dənizi – Qara dəniz beynəlxalq tranzit-nəqliyyat dəhlizinin inkişafı ilə bağlı məsələləri, o cümlədən Türkmənbaşı, Bakı, Poti, Batumi və Konstansa limanları vasitəsilə yük daşımalarının artırılması perspektivlərini müzakirə ediblər. Bütün maraq cəlb edən tərəflərlə, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlığın aktivləşdirilməsinin əhəmiyyəti qeyd edilib. Görüş iştirakçıları bu dəhlizin qlobal xarakterini və geniş perspektivlərini vurğulayaraq, səmərəli informasiya mübadiləsinin qurulması məsələlərini də nəzərdən keçiriblər", - məlumatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 27 Yanvar 2026 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















