Icma.az
close
up
RU
Türkmənistandan Azərbaycana köçməsinə peşman etdilər... Gömrükdə köhnə avtomobilinə və əşyalarına ayrı ayrılıqda 10 min “rüsum” tələb edilir...

Türkmənistandan Azərbaycana köçməsinə peşman etdilər... Gömrükdə köhnə avtomobilinə və əşyalarına ayrı ayrılıqda 10 min “rüsum” tələb edilir...

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Azərbaycan vətəndaşı Əliyev Samir Qalaş oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, illərdir xaricdə yaşayıb, sonradan Azərbaycan vətəndaşdığını aldığından, ölkəmizə köçməyi qərara alıb. Lakin hazırda Dövlət Yol Polis İdarəsinin (BDYPİ) "Meyvəli” adlanan terminalında saxlanılan şəxsi avtomobilini və içərisindəki əşyaları çıxarmaq üçün ondan  10 min manatdan çox pul tələb olunur:

“Məlumat üçün bildirim ki, Rusiyada təhsil almışam. Bir çox şəhərlərdə olmuşam. Əvvəl ailəmlə birgə xarici vətəndaş olmuşuq. Sonradan prezidentin fərmanına əsasən, Türkmənistandan Azərbaycana köçərək, Azərbaycan vətəndaşdığını almışam.

34 ildir Türkmənistanda yaşayırdıq. Orada evtikmə kombinatında müdir işləmişəm. Hətta 1990-cı ilin müharibəsində Azərbaycan ordusuna əlimdən gələn qədər yardım etmişəm.

2021-ci il, iyunun 12-də Azərbaycan Respublikasının Prezidentinin əmri ilə Azərbaycan vətəndaşı olduq. Həyat yoldaşım rəhmətə getdiyi üçün, uşaqlarımın məsləhəti ilə tamamilə Bakıya köçməyi qərara aldım. Türkmənistandan əşyalarımı konteynerə yükləyərək, Bakıya gətirmək istədim. Başqa yol ilə həddindən artıq baha gəldiyi üçün, özüm qoşqu alıb, konteynerə qoşdum.

Türkmənistanda gömrük ödənişini etmişəm. 2 ay bundan qabaq əşyalarım gəlib “Meyvəli” bazarının yanındakı gömrük idarəsinə çıxdı. Əvvəl mənə bildirdilər ki, bütün əşyalara görə 10 min manat pul ödəməlisiniz. 10 min manat pul az deyil ki, mən bu məbləği ödəyim. İllərdir sürdüyüm maşını və əşyalarımı buradakı evimə gətirməyim üçün məndən 10 min manat istəyirlər. Axı, bu, hansı qanunda var?

Azərbaycan vətəndaşı olduğum üçün dövlət tərəfindən hər ay 220 manat yardım alıram. Başqada gəlirim yoxdur. Pensiya deyil, sadəcə yardım alıram. Mən bu pulu haradan almalıyam?! Təkcə maşına 5 min 883 manat istəyirlər. Əşyalarımın hamısı yoxlanılıb, baxış keçirilib, təhlükəli heç nə yoxdur. Amma niyəsə mən özümə aid olan əşyalara görə pul ödəməliyəm”.

Məsələ ilə bağlı 10.01.2025 tarixində Dövlət Gömrük Komitəsinə sorğu göndərilsə də, hələ heç bir cavab verilməyib. Sadəcə, o bildirilib ki, şikayət qeydə alınıb.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Yanvar 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri