TÜRKPA Baş katibi Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı ilə görüşüb
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İyunun 16-da Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi cənab Ramil Həsən Türkiyə Cümhuriyyətinə rəsmi səfəri çərçivəsində Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri və Cümhur İttifaqının ortağı cənab Dövlət Baxçalı ilə görüşüb.
XQ xəbər verir ki, görüşdə TÜRKPA-nın son dövrdə həyata keçirdiyi fəaliyyətinə dair ətraflı məlumat verilib və gələcək planlarlar barədə geniş fikir mübadiləsi aparılıb.
Cənab Dövlət Baxçalı TÜRKPA-ya xüsusi önəm verdiklərini və qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında, parlamentlər arasında əməkdaşlığın yeni mərhələyə daşınmasında xüsusi önəm kəsb etdiyini vurğulayıb.
Dövlət Baxçalı bundan sonra da TÜRKPA fəaliyyətinə hərtərəfli dəstək verəcəyini qeyd edib.
Görüşdə Baş katibin müavini Muhammet Alper Hayali iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 16 İyun 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















