TÜRKPA Baş katibi Qazaxıstan Qurultayının sədri ilə görüşüb
525.az saytına istinadən Icma.az xəbər verir.
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən oktyabrın 1-də Qazaxıstan Qurultayının yeni seçilmiş sədri cənab Aybek Dadebay ilə görüşüb.
525.az-ın məlumatına görə, A. Dadebay R. Həsənlə görüşdən məmnunluğunu ifadə edib və onun TÜRKPA Baş katibi kimi səmərəli fəaliyyətini davam etdirməsini yüksək qiymətləndirib.
O, Qazaxıstanda həyata keçirilən mühüm islahatlar, o cümlədən Konstitusiya referendumu və Qurultaya keçirilmiş seçkilər barədə məlumat verərək, TÜRKPA-nın bu proseslərin beynəlxalq müşahidəsində iştirakına görə səmimi təşəkkürünü bildirib. O, qardaş türk xalqlarının dəstək və həmrəyliyinin Qazaxıstan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
R. Həsən öz növbəsində A. Dadebayı Qurultay sədri seçilməsi münasibətilə təbrik edib və məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb. Baş katib, həmçinin Qazaxıstanın və Qurultayın rəhbərliyinə TÜRKPA-ya göstərdikləri davamlı dəstəyə görə minnətdarlığını ifadə edib və Qazaxıstanın Assambleyada sədrliyi dövründə əldə edilmiş səmərəli əməkdaşlığı xüsusi qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 01 Oktyabr 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















