Icma.az
close
up
RU
TÜRKPA nın Baş katibi Qazaxıstan Parlamentinin sədri ilə görüşüb

TÜRKPA nın Baş katibi Qazaxıstan Parlamentinin sədri ilə görüşüb

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Dekabrın 26-da TÜRKPA-nın Baş katibi Ramil Həsən qurumun fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanovla Astanada görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Baş katib qısa müddət ərzində TÜRKPA tərəfindən həyata keçirilən fəaliyyətlər, o cümlədən TÜRKPA Beynəlxalq Katibliyi tərəfindən görülmüş işlər barədə Koşanova ətraflı məlumat verib. O, fəaliyyətdə olan sədri Türkiyə, Qırğızıstan, Macarıstan, Özbəkistan və Kuzey Kıbrıs Türk Cumhuriyyətinə (KKTC) həyata keçirdiyi rəsmi səfərlər, eləcə də bu səfərlər çərçivəsində parlament sədrləri və xarici işlər nazirləri ilə baş tutan ikitərəfli görüşlər barədə də məlumatlandırıb.

Baş katib, həmçinin Cenevrə şəhərində keçirilmiş Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında TÜRKPA-nın fəal iştirakı barədə məlumat verib. Ramil Həsən bildirib ki, TÜRKPA Beynəlxalq Katibliyi 2026-cı il üçün İş Planının layihəsini hazırlayıb və müzakirə edilməsi məqsədilə tərəflərə təqdim edib. 2026-cı ildə TÜRKPA tərəfindən “Avrasiyada yeni əməkdaşlıq: Strateji əlaqələrin inkişafında TÜRKPA-nın rolu – Parlament diplomatiyası” mövzusunda beynəlxalq konfransın keçirilməsinin faydalı olacağı da Koşanovun diqqətinə çatdırılıb.

Öz növbəsində, Yerlan Koşanov qısa müddət ərzində bu qədər səmərəli və faydalı işlərin görülməsindən məmnunluğunu ifadə edərək Baş katib Ramil Həsənə və onun işçi heyətinə dərin təşəkkürünü bildirib. O, növbəti ilin birinci yarısında Azərbaycana rəsmi səfərinin gözlənildiyini və bu səfər çərçivəsində TÜRKPA Beynəlxalq Katibliyini ziyarət etməkdən məmnunluq duyacağını ifadə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Dekabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri