Icma.az
close
up
RU
“Turnirlər üçün darıxıram, yeni ana olduğumdan yarışlarda iştirak edə bilmirəm” Azərbaycanılı çəkicatanın ə MÜSAHİBƏSİ

“Turnirlər üçün darıxıram, yeni ana olduğumdan yarışlarda iştirak edə bilmirəm” Azərbaycanılı çəkicatanın ə MÜSAHİBƏSİ

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın məşhur atleti, dördqat Olimpiada iştirakçısı Anna Skidan ömrünün həyəcanlı və xoş dövrünü yaşayır. Çəkicatan bir müddət əvvəl qız anası olub. Analıq sevincini yaşayan idmançımız eyni zamanda karyerası barədə də düşünür. O, qarşısına yeni hədəflər qoyub və növbəti mövsüm üçün hazırlıq prosesi haqqında düşünür.

Bütün bu məqamlar haqqında Anna Skidan İdman.biz-ə geniş müsahibə verib:

- Bu ilin avqust ayında ana oldunuz, son ay yarımdır ki, qız övladına sahib olmağın sevincini, həyəcanını yaşayırsınız. Körpəniz necədir, bir ana kimi özününzü necə hiss edirsiniz?

- Qızım yaxşıdır, təşəkkür edirəm. Böyüyür, inkişaf edir. Təəssüf ki, ilk bir neçə gündə reanimasiyada qalmaq məcburiyyətində olduq, amma şükürlər olsun ki, indi hər şey arxada qalıb. Hazırda özümü yeni ana olan qadın kimi hiss edirəm. Vaxtımı necə idarə edəcəyimi və ondan necə ağıllı istifadə edəcəyimi anlamağa çalışıram.

- Bu mərhələdə hansısa ciddi məşq prosesindən danışmaq yəqin ki, çətindir, bəs necə formada qalırsınız?

-Təəssüf ki, doğum planlaşdırıldığı kimi getmədiyi üçün əsaslı məşq proqramı haqqında danışmaq həqiqətən çətindir. Təbii yolla doğum etməyi planlaşdırırdım, bu mənə daha tez bərpa olunmağa imkan yaradacaqdı. Ancaq Arina başqa cür "qərar verdi": son bir ayda uşaq bətndə yerdəyişmə etdi. Biz onun düzgün mövqeyə qayıdacağına ümid edirdik, amma möcüzə baş vermədi. Beləliklə, həkimlərin qərarı ilə qeysəriyyə əməliyyatı keçirdim. Anladığınız kimi, qarın əməliyyatı mənə ağır çəkiləri qaldırmağa və lazım olan gərginliyin altına girməyə imkan vermir. Beləliklə, hələlik, sağalıram və gələn yay üçün hazırlıqlarımı görürəm.

- Siz iki dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi olmusunuz, növbəti Oyunlar noyabrda Ər-Riyadda keçiriləcək. Gözləntiləriniz nədir?

-Təəssüf ki, yarış mənsiz keçiriləcək. İyun ayında milli federasiya mənə bildirdi ki, İslam Oyunlarına vəsiqə qazanmaq üçün yanvardan sentyabr ayına kimi normativi yerinə yetyirməliyəm. Hətta mənim üçün Bakıda normativi verməyə şərait də yaradıldı. Amma əməliyyatdan sonra qısa müddətdə dörd kiloqramlıq çəkici atmaq mümkün deyil. Axı, aləti fırladarkən mərkəzdənqaçma qüvvəsi 300 kq-dan çox ola bilər. Ona görə də sentyabrda yarışa bilmədim. Federasiya mənim əvvəlki illərdə çempion olduğumu əsas gətirərək təsnifat yarışlarında iştirakım olmadan Oyunlara qatılmağıma icazə verilməsi ilə bağlı İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə müraciət edib. Təəssüf ki, imtina cavabı alınıb.

- Bu il yarışları və məlum səbəblərdən dünya çempionatını buraxdınız. Turnirlərdə iştirak etmək üçün darıxmısınız?

- Darıxmışam, həm də çox. Bütün il boyu müxtəlif yarışların verilişlərini qaçırmamışam. Təbii ki, dünya çempionatı zamanı Tokiodan reportajlara baxdım.

- Ümumiyyətlə, çəkicatma məşqlərinin xüsusiyyətləri nədən ibarətdir? Nəyə diqqət yetirirsiniz?

- Bizim idman növü mürəkkəb koordinasiyalıdır, yəni əsas diqqət texniki və güc hazırlığına yönəlir. İlin bütün fəsillərində və istənilən hava şəraitində açıq havada çoxlu texniki məşqlər aparılır. Buraya həm uzun məsafəli fırlatmalar, həm də qısa və ağır çəkili çəkiclə işlər daxildir. Bundan əlavə, qısa sapla bağlanmış disk formasında uyğunlaşdırılmış alətlərlə məşqlər keçirilir. Təbii ki, gücü artırmaq üçün ştanqla edilən əsas hərəkətlər də məşqlərdə mühüm yer tutur.

- İki il əvvəl Budapeştdə keçirilən dünya çempionatında 77.10 metr nəticə göstərərək milli rekordu müəyyənləşdirdiniz. Bu nailiyyəti yeniləmək planınız varmı?

- Bəli, buna çox ümid edirəm. Peşəkar idmana qayıtdıqdan sonra bu istiqamətdə ciddi şəkildə çalışacağam.

- Sizin artıq dörd Olimpiadada iştirak təcrübəniz var. Yəqin ki, planlarınıza Los-Anceles də daxildir?

- Bəli, var. Qoyduğum məqsədə çatmağı çox istəyirəm və bu imkana hələ də sahib olduğuma görə Allaha minnətdaram.

- Ümumilikdə, qarşıda Olimpiyadaya qədər dövr üçün qarşınıza hansı hədəfləri qoymusunuz?

- Olimpiadadan əvvəl, qarşıda gələn il Avropa çempionatı keçiriləcək. 2027-ci ildə isə, Los-Ancelesdən bir qədər əvvəl dünya çempionatı olacaq. Və əlbəttə, növbəti Yay Olimpiya Oyunlarını da nəzərdə tuturam. Məqsədim bu üç yarışa ən yaxşı formada hazırlaşmaq və hər birində medal qazanmaqdır.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Oktyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see235

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see224

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see184

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see182

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see160

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see149

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see149

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see146

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see142

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see142

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see135

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see135

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see135

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see133

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see130

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri