Icma.az
close
up
RU
Belə turnirlər uşaqlara dərs, məşqçi heyəti üçün yaxşı sınaqdır

Belə turnirlər uşaqlara dərs, məşqçi heyəti üçün yaxşı sınaqdır

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Belə turnirlər uşaqlara dərs, məşqçi heyəti üçün yaxşı sınaqdır"

Medianın İnkişafı Agentliyinin layihəsi

1-ci hissə

“Qarabağ”ın aşağı yaş qruplarından ibarət komandaları 2025/26 mövsümündə çox sayda beynəlxalq turnirlərdə iştirak ediblər. 

Həmçinin Ağdam təmsilçisinin U-19 komandası UEFA Gənclər Liqasında mübarizə aparıb. Sözügedən kollektiv bu turnirdəki 6 matçının hamısında uduzsa da, ölkə çempionatında uğurlu çıxış edib. Belə ki, “Qarabağ” U-19 ölkə çempionu olmağı bacarıb. 

Bugünkü həmsöhbətimiz də “Qarabağ”ın akademiyasının koordinatoru Nail Kərimovdur. O, QOL.az saytına müsahibəsində akademiyanın durumu, komandaların beynəlxalq turnirlərdəki çıxışı, U-19 kollektivinin çempionluğu və gələcək hədəflərindən danışıb.

N. Kərimov əvvəlcə son iştirak etdikləri turnirdən söz açıb: Bu yaxınlarda 2 yaş qrupu üzrə komandalarımız beynəlxalq turnirlərdə iştirak etdilər. Daha əvvəl başqa yaş qruplarımız da oynamışdılar. Ümumilikdə mövsümü qarşıdan gələn turnirlərlə birlikdə 10 beynəlxalq səfərlə yekunlaşdıracağıq. Bu da kifayət qədər yaxşı göstərici hesab oluna bilər. Bura U-19-un 3 beynəlxalq oyununu da daxil etsək, ümumilikdə U-11-dən U-19- dək bütün yaş qruplarımız bu beynəlxalq təcrübəni qazanmış oldu. Son 2 turnirlə bağlı onu qeyd edim ki, 16 yaşlılarımız Niderlandda “Charity Cup”da  iştirak etdilər. Yarış Diurne qəsəbəsində keçirildi. Turnirdən əvvəl İstanbulda olduq. “Başakşehir”lə yoldaşlıq oyunu oynadıq və qələbə qazandıq. Kifayət qədər yaxşı oyun keçdi. Uşaqlar üçün yaxşı təcrübə idi. Həm də oyunda qazanılan qələbə onlar üçün motivasiya oldu. Niderlanddakı turnirdə 6 matç keçirdik. Onlardan biri  “Ayaks”a qarşı idi, böyük hesabla məğlub olduq. Amma qalan oyunların hamısında başabaş mübarizə apardıq. Bizim uşaqlar artıq ölkə çempionatını başa çatdırmışdılar. Bizim çempionatda bu səviyyəli oyunlar həddən artıq az olduğuna görə, rəqabətli belə turnirlər həm uşaqlar üçün dərs, həm də məşqçi heyəti üçün yaxşı bir sınaq olur. Futbolçular görüb-götürürlər, öyrənirlər. Məşqçilər isə öz futbolçularını təzyiq altında daha yaxından tanıya bilirlər. Bu turnir 4-cü dəfə keçirilir. Xeyriyyə xarakterli turnirdir. Burda müxtəlif auksionlar vasitəsi ilə oyun günü bilet, forma və qida satışından qazanılan gəlir ehtiyacı olan uşaqlara yönləndirilir. Bu turnirin missiyası uşaqlara meydandan kənarda dəstək, örnək olmaqdır”. 

O, U-17 komandasının Fransada qüvvəsini sınadığını qeyd edib: “U-17 komandamız daha uzaq səfərə yola çıxmışdı. Turnir Atlantik okeanın sahilində, Nant şəhəri yaxınlığındakı Bretiqnolles-sur-Mer adlı qəsəbədə keçirilirdi. Bu, nisbətən fərqli turnir idi. Yarış 3 gün keçirildi. Fransanın Liqa 1 və Liqa 2 klublarının aşağı yaş qrupları, həmçinin bir neçə regionun milliləri iştirak etdilər. Burada da qrup mərhələsini 2 heç-heçə və 1 qələbə ilə yekunlaşdırdıq. Nəticədə də qrupda 2-ci yeri tutduq. 5 və 8-ci yerlər uğrunda oyunlarda komandamız 1 qələbə qazandı və 1 heç-heçə etdi. Oyunların kimlərlə keçirilməsi və hesablar barədə danışmaq istəmirəm. Akademiyanın İnstaqram hesabı var, hamısı qeyd olunub. Burada da kifayət qədər keyfiyyətli rəqiblər var idi. Turnirdə iştirak edən məşqçi heyətimizlə, koordinatorlarımızla yarışdan sonra söhbətimiz oldu. Onlar da qeyd etdilər ki, oyunların hamısı çox yüksək səviyyədə keçdi. Heç ad olaraq tanınmayan komandalar var idi. Məsələn, Nant bölgəsinin seçmə komandası. Hətta onlarla oyunlarda belə, səviyyə və keyfiyyət fərqi dərhal özünü göstərir. Daha keyfiyyətli futbol oynanılır, meydançaların yaxşı olması matçların keyfiyyətini artırır, hakimlik oyunların sürətini və tempini nisbətən yüksəldir. Bu gözə çarpan fərqlər dərhal görünür”. 

Akademiya rəhbəri beynəlxalq turnirlərin komandalar üçün faydasından da danışıb: “Turnirin maraqlı özəlliklərindən biri də o idi ki, komandalar hamısı eyni düşərgədə qalırdılar. Futbolçuların müxtəlif ölkələrdən olan həmyaşıdlarının asudə vaxtını meydandan kənarda necə keçirdikləri görmələri də onlar üçün nümunə təşkil edirdi. Turnirdə iştirak etmək hər cəhətdən həddindən artıq çətindir. 

O, beynəlxalq yarışlarda iştirak baxımından seçici olduqlarını vurğulayıb: “Bir neçə turnir seçimi var. Yaxın ölkələr, vizasız ölkələr, gediş-gəlişi ucuz olan ölkələr və s. Ona görə bəzi turnirlər var ki, biz onlardan qaçmağa çalışırıq. Elə beynəlxalq turnirlər olub ki, gedib asanlıqla kuboku alıb gəlmək mümkündür. Ancaq bizim məqsədimiz futbolçuları təzyiq altında görmək və onlara da həmin o təzyiqi yaşatmaqdır. Ona görə də daim çətin turnirlərin üzərində dayanırıq. Turnir təşkilatçılığını etmək baxımından həm işçi kollektivinin əziyyəti böyük olur, həm rəhbərliyin yatırımları kifayət qədər yüksək olur. Düzdür, biz heç bir turnirdə demək olar ki, yaşayış, yerli nəqliyyat xərclərini qarşılamırıq. Bunları dəvət edən tərəf öz üzərinə götürür. Biz ancaq biletlərimizi alırıq. Avropa ölkələri olduğu halda isə vizanı da alırıq. Amma istənilən halda bu xərclər belə kifayət qədər nəzərə çarpan xərclərdir. Buna görə də klub rəhbərliyinin gələcəyə ümid edib etdiyi yatırımları və mənim bu kollektivimin çəkdiyi zəhməti qeyd etmək istəyirəm. Hər birinə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm”. 

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://qol.az
archiveBu xəbər 02 İyun 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri