Icma.az
close
up
RU
“Bu, Gəncə boksu üçün rüsvayçılıqdır” Ramal Amanovun ə MÜSAHİBƏSİ

“Bu, Gəncə boksu üçün rüsvayçılıqdır” Ramal Amanovun ə MÜSAHİBƏSİ

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaxın keçmişdə onun adı ölkənin həvəskar boksunda xüsusi yer tuturdu. O, 20 yaşında kubalı Yordenis Uqasa yalnız finalda uduzaraq həvəskar boksçular arasında dünya çempionatının gümüş mükafatçısı olmuşdu. Daha sonra qazandığı bütün imtiyazlara baxmayaraq, cəmi 26 yaşında həvəskar boks karyerasını dayandırdı. Ardınca elə eyni sürətlə peşəkar boksa daxil oldu və çox qısa zamanda ən güclülər sırasına düşdü. Sonra yenidən yoxa çıxdı. Bəs hazırda ABŞ-də yaşayan Ramal Amanov nə ilə məşğuldur?

İdman.biz qısa müddət vətəndə olan Ramal Amanovdan müsahibə götürüb.

- Ramal, boksda ulduzunuz necə parlamışdısa, elə də tez sönmüşdü. İstər həvəskar, istərsə də peşəkar boksda. Niyə belə oldu?

- Həvəskar boksla bağlı bütün problemlər 2007-ci il dünya çempionatından sonra başladı. Mən orada olimpiya lisenziyası qazana bilmədim. Tək mən yox, həmin vaxt komandamız demək olar ki, tam şəkildə uğursuzluğa düçar oldu. Daha sonra federasiya rəhbərlərindən biri toplantıda məni hamının qarşısında təhqir etdi. Yəqin ki, dünya çempionatının finalçısı olduğum üçün bütün ümidlər mənə idi və o an sadəcə zərbə altına düşdüm. Mən də hamının qarşısında ona cavab verdim və iclasdan çıxdım. Bundan sonra demək olar ki, məni boksdan uzaqlaşdırmağa başladılar.

- Amma siz digər turnirlərdə də lisenziya qazana bilmədiniz. Sonra yenidən Azərbaycan çempionu oldunuz və yenə uduzdunuz - 2010-cu il Avropa çempionatında...

- Eyni zamanda, 2011-ci ildə keçirilən ev dünya çempionatına da düşə bilmədim! Məhz o vaxt anladım ki, getmək lazımdır, baxmayaraq ki, cəmi 27 yaşım vardı. Boksdan ayrıldım və Rusiyada bizneslə məşğul olmaq qərarına gəldim.

- Amma sonra yenidən qayıtdınız, bu dəfə peşəkar boksa.

- Bəli, tamamilə doğrudur. Moskvada tanışlarım məni qayıtmağa razı salırdı. İşdən sonra birlikdə zalda məşq edirdik, onlar isə davamlı şəkildə deyirdilər ki, mən mütləq karyeramı bərpa etməliyəm. Uzun müddət tərəddüd etdim, ta ki, 1988-ci ilin olimpiya çempionu Vyaçeslav Yanovskiylə tanış olana qədər. O, mənə özümə inamı qaytardı, daim vurğulayırdı ki, mən çox istedadlıyam və peşəkar boksa yaxşı nəticə göstərə bilərəm.

- Və siz nəticə göstərməyə başladınız…

- Bəli, elə də oldu. Amma yenə bəxtim gətirmədi. Bir neçə ardıcıl qələbədən sonra mənə Azərbaycan yox, Rusiya bayrağı altında çıxış etməyi təklif etdilər və mən buna qəti şəkildə etiraz etdim. Cavab olaraq mənimlə əməkdaşlıqdan imtina etdilər. Onları başa düşmək mümkündür - mən Rusiyada məşq edir və çıxış edirdim.

- Bəs Azərbaycan? Ölkəmizdə həm həvəskarlarda dünya çempionatının gümüş mükafatçısı, həm də peşəkar səviyyədə uğurla çıxış edən idmançı ilə maraqlanmadılar?

- O vaxt bizim hətta peşəkar boks federasiyamız belə yox idi! Kim mənimlə maraqlanacaqdı ki? Ona görə ABŞ-yə getməyə və karyeranı üçüncü dəfə sıfırdan başlamağa məcbur oldum.

- Və siz birbaşa Corc Formanın yanına düşdünüz…

- Tamamilə doğrudur! Dünya boksunun belə bir əfsanəsinin rəhbərliyi altında məşq etmək kimi ən böyük arzunun gerçəkləşməsi idi. Onun metodlarından şoka düşmüşdüm! Anladım ki, sadəcə olaraq bu sistemi bilmədiyim və mənimlə əvvəllər heç kimin bu cür işləmədiyi üçün nə qədər vacib məqamları əldən vermişəm. Qısa müddətdə 63,5 kq çəkidə WBO versiyasına görə dünyanın ən yaxşı 15 boksçusundan biri oldum. Bakıda döyüş keçirməyi planlaşdırırdıq, çünki hələ də Azərbaycan bayrağı altında çıxış edirdim. Amma Azərbaycanda döyüşün keçirilməsini dəstəkləyən olmadı. Halbuki məni rinqə özü Konstantin Tsyu çıxarmalı idi - vaxtilə mənim rəqibim olmuş məşhur Zab Cudanı məhz o məğlub etmişdi. Cuda mənimlə görüşənədək yalnız top rəqiblərlə döyüşmüşdü. Təəssüf ki, geniş anons edilməsinə baxmayaraq, döyüş baş tutmadı.

- Deməli, peşəkar boksda da vətəndə sizinlə maraqlanan olmayıb?

- Təəssüf ki, bəli. Üstəlik, karyeramı başa vuranda - hətta məşhur “Madison Square Qarden” arenasında da döyüş keçirməyə imkan tapdım… Məndən əvvəl və məndən sonra orada heç bir azərbaycanlı boksçu orada çıxış etməyib. Doğrudur, həmin döyüşü göz travmasına görə uduzdum - qarşılaşma dayandırıldı və məni dərhal xəstəxanaya apardılar, yoxsa kor qala bilərdim. Bundan sonra aparıcı peşəkarlar sırasından çıxdım, baxmayaraq ki, bir müddət həm ABŞ-də, həm də Türkiyədə çıxış etməyə davam etdim.

- İndi vəziyyət necədir? Harada işləyirsiniz?

- Heç yerdə… Belə çıxır ki, məşqçi kimi də öz ölkəmə lazım deyiləm. Halbuki karyeram bitdikdən sonra məni Hyustona və Mayamiyə dəvət etmişdilər, amma mən Azərbaycana qayıtmaq qərarına gəldim. Düşünürdüm ki, faydalı ola bilərəm, amma hətta doğma Gəncədə belə mənə yer tapılmadı. Məqsədim doğma şəhərimdə boksu inkişaf etdirmək idi. Gəncədə uzun müddətdir ki, nəinki böyük beynəlxalq yarışların qalibləri, hətta Azərbaycan çempionları belə yoxdur. Halbuki burada “ştatda” 40-dan çox boks məşqçisinin olduğu göstərilir. Lakin bu sadəcə saydır, çünki real işləyən və nəticə verən maksimum iki-üç nəfərdir. Bu, Gəncə boksu üçün həqiqətən də rüsvayçılıqdır.

Mən cəmi bir ay yarım ərzində ölkə çempionatının bürünc mükafatçısı adını qazanan, ağır çəkili Teymur Aslanovu məşq etdirib ölkə boksuna qazandırdım, digər məşqçilərin isə heç bir nəticəsi yoxdur!

- Bəlkə buna görə artıq uzun illərdir ki, milli komandanı əcnəbi mütəxəssislər çalışdırır?

- Xeyr, mən belə hesab etmirəm. Mən deyirəm ki, Gəncədə real işləyən məşqçilər yoxdur, amma bu, bütün Azərbaycana aid deyil. Bizim çox güclü mütəxəssislərimiz var: Ağası Məmmədov, Samir Məmmədov, Teymur Məmmədov… Bu Məmmədovların hər biri hazırkı millinin baş məşqçisi Ravşan Xocayev daha yaxşıdır (gülür). Ümumiyyətlə anlamıram, Azərbaycan dilini bilməyən məşqçi bizim boksçularla necə tam şəkildə işləyə bilər? Halbuki bu qədər istedadlı yerli məşqçi var… Bu, sadəcə absurd bir vəziyyətdir.

Vüqar Vüqarlı

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:337
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Noyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri