Tusk Aİ paktına əməl etməkdən imtina edib
Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Polşa Avropa İttifaqının (Aİ) Miqrasiya Paktına əməl etməyəcək və miqrantları qəbul etməyəcək.
Bu barədə ölkənin baş naziri Donald Tusk Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, bu mövqe AK tərəfindən başa düşülür. Polşa artıq 2 milyona yaxın ukraynalı qaçqını qəbul edib və “daha heç bir öhdəlik götürməyi” planlaşdırmır”, – Tusk vurğulayıb.
“Mən Daxili İşlər və Administrasiya və Ədliyyə Nazirliyindən xahiş etmişəm ki, əcnəbilər tərəfindən törədilən mütəşəkkil cinayətkarlığa dərhal reaksiya verilməsi üçün çevik plan təqdim etsinlər. Polşaya səfər edən və qanunu kobud şəkildə pozan hər kəs deportasiya ediləcək", - Polşa baş naziri qeyd edib.
Mövsüm
AzNews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 07 Fevral 2025 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















