Icma.az
close
up
RU
Aİ Suriyada atəşkəsə əməl olunması ilə bağlı çağırış edib

Aİ Suriyada atəşkəsə əməl olunması ilə bağlı çağırış edib

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) Suriyanın cənubunda yüzlərlə insanın həyatını itirməsi ilə nəticələnən zorakılığı, mülki şəxslərə qarşı törədilən hücumları qətiyyətlə pisləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın bəyanatında qeyd olunub.

Bəyanatda Aİ tərəfindən şəffaf, etibarlı və qərəzsiz istintaqın aparılması və beynəlxalq humanitar hüquq və insan hüquqları qanunvericiliyinin ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyan bütün şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılması barədə çağırış edilib.

Bildirilib ki, hazırda qüvvədə olan atəşkəs tam şəkildə hörmət edilməlidir.

Aİ rəhbəri eyni zamanda, istisnasız olaraq bütün xarici aktorları Suriyanın birliyi, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə tam hörmət göstərməyə çağırıb:

“Dialoq və suriyalıların hüquqlarını təmin edən, inklüziv şəkildə və sülh yolu ilə həyata keçirilən keçid dövrünün irəliləməsinin vaxtıdır. Suriyanın keçid hökuməti bütün suriyalıları ayrı-seçkilik etmədən qorumaq, beynəlxalq normalara və standartlara uyğun olaraq silahsızlaşdırma, qüvvələrin tərxis edilməsi və milli təhlükəsizlik qüvvələrinin yenidən qurulması istiqamətində zəruri addımlar atmaq məsuliyyətini daşıyır. Avropa İttifaqı isə bu səylərdə dəstək verməyə hazır olduğunu bir daha təsdiqləyir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 İyul 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see335

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see282

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see276

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see266

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see226

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see224

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see223

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see217

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see203

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see203

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see193

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see190

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see189

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see189

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see186

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see186

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see183

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see180

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see176

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri