Icma.az
close
up
RU
Tüstüsü, səs küyü insanların əsəblərini tarıma çəkir

Tüstüsü, səs küyü insanların əsəblərini tarıma çəkir

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İctimai-iaşə obyektlərindən konkret tələblər var, onlara əməl etməlidirlər 


“Nə vaxtsa şadlıq sarayının tikintisinə, fəaliyyətinə icazə verilibsə, bu o demək deyil ki, təhlükəsizlik qaydaları nəzərə alınmamalıdır”

Bakıxanov qəsəbəsində yerləşən “Arzu” şadlıq sarayından havaya yayılan tüstü ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Sakinlərin Axar.az-a verdiyi məlumata görə, toy zamanı sarayın mətbəxindən, əsasən də kabab bişirilən vaxtlarda ətrafa sıx tüstü yayılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova isə açıqlamasında bildirib ki, monitorinqlər zamanı xeyli sayda obyektdə nöqsanlar aşkar olunub:

 “ETSN-in 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupu tərəfindən aparılan monitorinqlər zamanı təkcə “Arzu” şadlıq sarayında deyil, daha 18 ictimai iaşə obyektində havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində inzibati protokol tərtib olunub və 2500 manat məbləğində cərimə tətbiq edilib. Hazırda həmin obyektlərə 10 gün müddətində tüstü filtrlərinin quraşdırılması üçün vaxt verilib. Quraşdırma olmasa, müvafiq qurumlara müraciət ediləcək”.

Həqiqətən də, bir neçə gün əvvəl 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda  növbəti monitorinqlər keçirildi. Monitorinqlər və aparılan ölçmə işləri zamanı “Arzu” şadlıq sarayı da daxil, Bakı şəhərində fəaliyyət göstərən bir neçə şadlıq sarayı və restoranlardan ( "Xəmsə", "Ağ Çiçəyim", "Afrodita Palace",  "Şahzadə", "Leyla Plaza”, "Kolissa Hall", "White Palace", "Qızıl Qaya", "Golden Baku", "Baku Castle", "Qəbələ-Xanlar”, "Xankəndi",  "Çətir", "Alaçatı Mood", "Kafe Faiq", "Tovuz Manqal", "3 Mərtəbə", "Sunrise”, “Neolit City”, “Sapfir”, “Great Events Hall”, “Orion”, “Movida Plaza”, “Bibi”, “Venesiya”, “Qəbələ”, “Ada Təpə”, “Maxara”, “Quzu Qabırğası”, “Xan Qızı”, “Səhər Mehi” “Manqalüstü”) havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edildi. Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunmaqla yanaşı hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görüldü. Cərimələnən ictimai-iaşə obyektləri və restoran sahiblərindən obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etmək, havanın çirkləndirilməsinə yol verməmək tələb olunur.

Əhalinin rahatlığını pozan yalnız ictimai-iaşə obyektlərindən havaya ötürülən tüstü deyil, həm də yüksək səs-küydür. Paytaxtın Nərimanov rayonu ərazisində yaşayan bir qrup sakin polisə müraciət edərək gecə saatlarında yaşayış ünvanlarının yaxınlığında yerləşən ictimai iaşə obyektlərində yaranan məişət səs-küyünun onları narahat etməsi ilə bağlı şikayətlərini bildirib. Ərazidə reyd keçirən polis əməkdaşları qeyd edilən ünvanlarda fəaliyyət göstərən kafe-restoran, əyləncə mərkəzləri və digər ictimai iaşə obyektlərinin gecə saat 00:00-dan sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini pozduğu aşkar edilib. Həmin ictimai iaşə obyektlərində yüksək səsli musiqi dayandırılıb və obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər inzibati protokollar tərtib edilməklə cərimələniblər. Bu cür halların təkrarlanacağı təqdirdə barələrində daha sərt tədbirlərin görüləcəyi obyekt sahiblərinin diqqətinə çatdırılıb. Qeyd edək ki, insanların istirahət hüququnun pozulmasına görə cərimələr qanunvericilikdə təsbit olunub. İnzibati Xətalar Məcəlləsinə görə məişət səs-küyünə qarşı mübarizə tələblərinin pozan fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2 min manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

Göründüyü kimi ictimai iaşə obyektləri həm vətəndaşların rahatlığını pozur, həm də ekologiyaya ziyan vurur. 


Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, təhlükəsizlik qaydalarının pozulması ilk növbədə ictimai iaşə obyektləri, restoran və kafelərin yaşayış binalarına sıx yerləşməsidir. Təhlükəsizlik məsələləri ictimai iaşə obyektinin fəaliyyətinə yaşayış binalarının alt mərtəbələrində, binaların önündə icazə verilməklə pozulur: 

- Paytaxtda belə vəziyyətlə tez-tez qarşılaşmaq mümkündür. Tikinti “bumu” başlananda hansı binalarınkı küçəyə çıxışları var və fasad hissəsi səkiyə baxır, alt mərtəbələri restoran, kafelərə çevrildi. Binaların zirzəmilərində kafe-barlar yerləşdirildi, fəaliyyətə başladılar. Bu zamansa təhlükəsizlik məsələlərinə ciddi fikir verən olmadı. Bu restoran və kafelərin tüstü bacaları yox idi, qaz sobası əvəzinə balon qazlardan istifadə ediridlər, heç hava tənzimləyici qurğuları da yox idi. İçəri həmişə havasız və qaranlıq olurdu. O zaman bunlara icazə verildi, belə də davam etdi. Xatırlayırsınızsa, bir neçə kafedə partlayışlar oldu son zamanlar. Məlum oldu ki, qaz balonu işlədirlər, havalandırma sistemi də yoxdur. Yaşayış binalarının yaxınlığında, yaşayış massivləri ilə iç-içə restoran və şadlıq saraylarının tikintisinə də icazə vermiş konkret qurumlar var. Elə şadlıq sarayı var ki, yaşayış binası ilə üzbəüzdür, binaların həyətində fəaliyyət göstərən restoranlar var ki, əlbəttə, tüstüsü, səs-küyü orada yaşayan əhalini narahat etməyə bilməz. 


E.Nurəliyev qeyd etdi ki, ictimai-iaşə obyektlərindən konkret tələblər var, onlara əməl etməlidirlər: 

- Nə vaxtsa şadlıq sarayının tikintisinə, fəaliyyətinə icazə verilibsə, bu o demək deyil ki, təhlükəsizlik qaydaları nəzərə alınmamalıdır. İaşə obyektinin sahibi təhlükəsizlik qaydalarına əməl etməyə borcludur. Yanğın təhlükəsinə qarşı təyinatından asılı olmayaraq idarə, müəssisə, təşkilat, istər ticarət, satış təyinatlı olsun, istərsə də ictimai iaşə, xidmət obyekti qabaqlayıcı tədbirlər görməlidir. Hər bir obyektin spesifikasına uyğun olaraq yanğın təhlükəsizliyinə qarşı ilkin od söndürmə vasitələri, yanğın dolabları, ehtiyat su çəni, yanğın xəbərdarlığı vasitəsi, təxliyə yolları olmalıdır. Bütün işçilər məlumatlanmalı, təhlükəsizlik qaydalarını, təhlükə zamanı nə etməli olduqlarını, yanğına həssas, tez alışan materiallarla necə davranılmalı olduğunu, yanğının qarşısını almaq üçün nə edilməlidir, necə mühafizə olunmalıdır, bilməlidirlər. Elektrik naqilləri saz vəziyyətdə olmalıdır. Təhlükəli qızdırıcı vasitələrdən, qaz sobalarından istifadə edilməməlidir. Elektrik təsərrüfatı ixtisaslaşmış müəssisə tərəfindən vaxtaşırı yoxlanmalı, elektrik naqillərinə daim baxış keçirilməlidir. Bunlar kompleks tədbirlər planıdır. Obyektlərdə arakəsmə divarlar yanğına davamlı materiallardan olmalıdır ki, yanğın bir otaqdan digərlərinə keçməsin. Həmçinin də, tüstü bacaları, havalandırma sistemi texniki göstəricilərə uyğun olmalıdır. Restoran-kafe, şadlıq saraylarından hər gün havaya nə qədər zərərli tüstü ötürülür. Bunlar havanı çirkləndirməklə yanaşı, ətrafdakı sakinlərə də diskomfort yaşadır. İctimai iaşə obyektləri ətrafda yaşayanları nəzərə alaraq yüksək səsli musiqinin, əlavə səs-küyün yaranmasına yol verməməlidirlər. İctimai və yaşayış binalarında, yaşayış tikililəri ərazisi, eləcə də insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələri və vibrasiyaya olan tələbləri Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” ilə müəyyən edilir. Sənədə əsasən, nüfuz edən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları desibellərlə (dB) ölçülür. Kafe, restoran və yeməkxanaların zalları üçün bu norma 65 dB müəyyən edilib. Bu normaların pozulduğu müvafiq orqan tərəfindən müəyyən edildikdə inzibati protokol tərtib edilir və müvafiq cərimə yazılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:335
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 May 2025 04:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri