Icma.az
close
up
RU
İrəvan Kremlin əsəblərini tarıma çəkib

İrəvan Kremlin əsəblərini tarıma çəkib

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paşinyan hakimiyyətinin qərarı Ermənistanı fəlakətə sürükləyir

İrəvan dünyaya Ermənistanın müstəqilliyə layiq bir dövlət olduğunu göstərməyə çalışsa da, bu, reallıqdan çox uzaqdır. Çünki, o, bütün dövrlərdə güclənmək, ərazilərini genişləndirmək, yardım almaq üçün özünə deyil, başqalarına arxalanıb. Elə Azərbaycanla sülh məsələsində də Ermənistan isteblişmenti müstəqil hərəkət edə bilmir. İndi də Qərb rəsmi İrəvanın bu və digər məsələlərdə özbaşına addımlar atmasına qadağa qoyub. Paşinyan iqtidarı yalnız Qərbin, ələlxüsus da, ABŞ və Avropa İttifaqının “xeyir-duası” ilə hərəkət edir.
Baş nazir Nikol Paşinyan yanvarın 9-da qəbul edilən Avropa İttifaqına (Aİ) İnteqrasiya Aktının ölkənin tarixində dönüş nöqtəsi olacağını desə də, bunun asan başa gəlməyəcəyini etiraf edib.
Kreml isə Ermənistanın bu addımlarına əsəbiliklə reaksiya verib. Kremlin sözçüsü Dmitri Peskov yanvarın 14-də deyib ki, Rusiya hələ də Ermənistanı yaxın tərəfdaş hesab edir, eyni zamanda, ABŞ-ni Qafqazda münaqişəni qızışdırmağa çalışan fitnəkar kimi pisləyir.
Onun sözlərinə görə, Vaşinqton heç vaxt “Cənubi Qafqazda xüsusi sabitləşdirici rol oynamayıb”.
Xarici işlər naziri Sergey Lavrov Ermənistanın Aİ və ABŞ ilə münasibətlərini şərh edərkən bir qədər ölçülü-biçili danışıb, Ermənistan–ABŞ strateji tərəfdaşlığını “iki dövlətin suveren qərarı” kimi xarakterizə edib. Lavrov deyib ki, bu cür sazişlər “bu və ya digər iştirakçını üçüncü ölkəyə qarşı çıxmağa məcbur etmir”.
Ermənistanın Aİ-yə İnteqrasiya Aktından irəli gələn təcili suallardan biri ölkənin Moskvanın dominantlıq etdiyi Avropa İqtisadi İttifaqında (Aİİ) gələcəyidir. Ermənistan rəsmiləri ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dayandırarkən Aİİ-dən çıxmaq planlarının olmadığını bildiriblər. Rusiya rəsmiləri isə qəti şəkildə bəyan ediblər ki, İrəvan hər iki iqtisadi dünyanın bəhrəsindən istifadə edə bilməz.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib ki, Aİİ-yə üzvlük imtiyazdır, Aİ-yə üzvlük isə blokdakı iqtisadi və sosial problemlərə görə “Titanik”ə bilet almaqla müqayisə oluna bilər”.
Overçuk, İrəvanın Aİİ-dən çıxacağı təqdirdə Ermənistanın istehlak malları və enerji üçün daha yüksək xərclərlə üzləşəcəyini proqnozlaşdırır. Bu isə o deməkdir ki, Paşinyan hakimiyyəti ABŞ ilə strateji tərəfdaşlığı və Aİ-yə üzvlük cəhdlərini Ermənistan cəmiyyətinə cəlbedici göstərməyə, təbliğ etməyə çalışsa da, Rusiyanın mümkün əks reaksiyaları rəsmi İrəvanı fəlakətlərlə doğru sürükləyir. Yəni, rəsmi İrəvan həm iqtisadi-ticari bazarları, həm də yeganə ­təhlükəsizlik sistemini eyni vaxtda itirə bilər...
Ermənistanın xarici siyasətinin Rusiyaya münasibətdə ifrat şəkildə radikallaşması artıq Kremldə ciddi əsəb gərginliyi yaradır. Halbuki, Kreml Ermənistana münasibətdə kəskin əks reaksiyaların verilməsində də tərəddüdlü davranır. Rusiya siyasi dairələri hələlik cavab addımlarının doğura biləcəyi neqativ nəticələr barədə rəsmi İrəvana sərt xəbərdarlıq mesajları verməklə kifayətlənirlər. Və buna paralel olaraq, Ermənistanın son davranışları Rusiyaya açıq xəyanət kimi dəyərləndirilir.
Qeyd edək ki, son vaxtlar Paşinyan hakimiyyətinin Rusiyanın geopolitik maraqlarına zərbə xarakteri daşıyan addımları bir-birini ardıcıl olaraq, əvəzləməkdədir. Bir müddət öncə Paşinyan hakimiyyəti Ermənistanın Avropa Birliyinə üzvlük niyyətini ifadə edən sənədi parlamentdə təsdiqlətmişdi. Bu, rəsmi İrəvanın Rusiya Prezidenti Vladimir Putinə həbs qərarı vermiş Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq barədə sənədin təsdiqlənməsindən sonra Kremli qıcıqlandıra biləcək növbəti siyasi zərbə deməkdir. 
Maraqlıdır ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov da Avropa İttifaqının və Avrasiya İqtisadi İttifaqının tamamilə fərqli iqtisadi-ticari sistem üzrə fəaliyyət göstərdiyini qabardıb. O, rəsmi İrəvana həm Avropa İttifaqına üzv qəbul olunmaq cəhdlərini göstərib, həm də Aİİ-nin tərkibində qalaraq, mövcud iqtisadi-ticari güzəştlərdən faydalanmağın mümkün olmayacağını xatırladıb. Və dolayısı ilə Paşinyan hakimiyyətindən bu iki qurumdan birinin xeyrinə prinsipial seçim olunmasını tələb edib.
* * * 
Belə anlaşılır ki, Avropa İttifaqına üzvlük kursu davam etdiriləcəyi təqdirdə, Ermənistan Aİİ-ni tərk etmək məcburiyyətində qalacaq. Hətta rəsmi İrəvan bundan yayınmağa çalışsa belə, Rusiya Ermənistanın Aİİ-dan qovulmasına nail olmaq niyyətini gizlətmir. Ona görə də, indi Ermənistanın xüsusilə də, müxalif siyasi dairələrində olduqca ciddi narahatlıq hökm sürür.
Erməni siyasətçi-biznesmen Qarik Tsarukyan Ermənistanın Aİİ-dan çıxacağı təqdirdə, üzləşəcəyi böhranın ölkəni böyük fəlakətə sürükləyə biləcəyini vurğulayıb. Onun fikrincə, Paşinyan hakimiyyəti Ermənistanı heç kimin dəvət etmədiyi və gözləmədiyi Avropa İttifaqına üzv etmək ideyasını rəsmiləşdirməklə, ölkənin gələcək taleyini böyük riskə atıb. Və bu risk yalnız bütövlükdə Ermənistanı deyil, həm də ölkənin hər bir vətəndaşını ayrı-ayrılıqda təhdid edir.
Qarik Tsarukyan xatırladıb ki, Ermənistanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi 2024-cü ildə artaraq, 10 milyard dollara çatıb. Paşinyan hakimiyyətinin indi atdığı düşünülməmiş addımlar isə bu sərfəli və alternativsiz ixrac-idxal bazarlarını Ermənistanın üzünə qapada bilər. Erməni siyasətçi-biznesmenin fikrincə, Avropa İttifaqına üzvlüklə bağlı perspektivi qeyri-müəyyən olan danışıqlar prosesi onilliklər boyu davam edə bilər. Ancaq Ermənistan üçün alternativsiz iqtisadi-ticari platforma olan Aİİ-yə mövcud üzvlüyün qazandırdığı idxal-ixrac bazarları qısa müddətdə əlçatmaz olacaq. Və o, rəsmi İrəvana Ermənistanın ehtiyacı olan enerji resurslarının da məhz Rusiyadan ucuz qiymətə alındığını unutmamağı məsləhət görüb.
Digər tərəfdən, rəsmi İrəvanın ABŞ – Ermənistan strateji tərəfdaşlıq müqaviləsini imzalaması da müxalif siyasi dairələrdə ciddi narahatlıqlara yol açıb. Ermənistanın xüsusi xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan bu sənədi növbəti “qorxunc fəlakətə açıq çağırış” kimi dəyərlənidirb. Onun fikrincə, Paşinyan hakimiyyəti öz avantürist xarici siyasət kursu ilə Ermənistanı israrla uçuruma doğru sürükləməkdə davam edir. Və tezliklə Rusiyanın verə biləcəyi reaksiyalar Ermənistan üçün sarsıdıcı xarakter daşıya bilər.
Erməni müxalif siyasətçi hesab edir ki, Paşinyan hakimiyyətinin növbəti addımı məhz Ermənistanın KTMT-ni tərk etməsi barədə ola bilər. Çünki ABŞ-nin strateji tərəfdaşının KTMT-nin rəsmi üzvü olaraq qalması mümkün deyil. Üstəlik, son vaxtlar KTMT-də fəaliyyətini tamamilə dayandırmış Ermənistanın bu qurumda qalmaqda davam etməsinə Rusiya da imkan verməz. Və bu baxımdan, Ermənistanın könüllü, yaxud məcburi olaraq, KTMT-ni rəsmən tərk etməsi qaçılmazdır.
Göründüyü kimi, Paşinyan hakimiyyəti ABŞ ilə strateji tərədaşlığı və Avropa İttifaqına üzvlük cəhdlərini Ermənistan cəmiyyətinə nə qədər cəlbedici proseslər olaraq, təbliğ etməyə çalışsa da, Rusiyanın mümkün reaksiyaları ermənilərin əhval-ruhiyyəsini ciddi şəkildə korlaya bilər.
Hazırda Kreml Aİ-yə üzvlük niyyəti olan Ermənistanın Aİİ-nin tərkibində qalmasının yolverilməz olduğunu artıq birmənalı şəkildə bəyan edib. İndisə, Ermənistanın KTMT-dən rəsmən kənarlaşma ehtimalı gündəmə gəlməyə başlayıb. Bu o deməkdir ki, Ermənistan tezliklə həm iqtisadi-ticari bazarları, həm də yeganə “təhlükəsizlik çətiri”ni də eyni vaxtda itirə bilər. Bəs, İrəvanın postsovet məkanında ­itirəcəklərinin yerini onun Aİ-dəki haypərəstlər, yaxud “strateji xartiya” imzaladığı ABŞ doldura biləcəkmi?

İ.HƏSƏNQALA 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Yanvar 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri