Tütün məmulatları idxalına xərcini 6 milyon dollardan çox artırıb
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 95,5 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
525.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Müqayisə üçün bildirək ki, ötən ilin ilk 9 ayında ölkəyə 89,094 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
Beləliklə, sözügedən məmulatların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 milyon ABŞ dolları və ya 7,2% artıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 877 milyon ABŞ dolları və ya 2,5% çoxdur.
Bu mövzuda digər xəbərlər:Azərbaycan tütün və tütün məmulatlarının idxalına çəkdiyi xərci 11% artırıb
26 Dekabr 2025 16:42
Azyaşlılara tütün məmulatları satan şəxslər CƏRİMƏLƏNDİ
18 Noyabr 2024 21:10
Tütün məmulatları satanlar məsuliyyətə cəlb olunub
11 Dekabr 2024 11:13
Tütün məmulatları üzrə aksiz vergiləri Artırıldı
29 Dekabr 2025 14:03
Naxçıvanda 41 mindən çox nişansız tütün məmulatları qanunsuz dövriyyədən çıxarılıb
26 May 2026 11:35
Baxış sayı:122
Bu xəbər 10 Noyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















