Tuxel 3 ulduz futbolçunu milliyə çağırmamasının səbəbini belə izah etdi
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel 3 ulduz futbolçunu - Cud Bellingem, Filip Foden və Cek Qrilişi İngiltərə millisinə dəvət etməməsinin səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Daily Mail" belə çatdırıb:
"İngiltərə yığması uzun müddətdir heç nə qazanmayıb və qarşıdakı dünya çempionatında çox sayda uğurları olan rəqiblərlə qarşılaşacaq. Deməli, mundialın anderdoquyuq. Yumruq kimi birləşməsək, hər hansı nailiyyətə imza atmaq şansımız olmayacaq.
Bugünlərdə "Nyu-Enqlend Petriots" haqda sənədli filmə baxdım və bir ifadə eşitdim: "Biz istedadlı oyunçulardan kolleksiya yığmırıq. Biz komanda qururuq". Bununla tam razıyam. Biz də məhz belə etməyə çalışırıq. Titulları komandalar qazanırlar, ayrı-ayrı oyunçular yox. Heyətə komanda birliyinin vacibliyini dərk edən oğlanları götürürük".
Qeyd edək ki, bu gün Uelslə yoxlama oyunu keçirəcək İngiltərə millisi oktyabrın 14-də DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Latviya yığmasının qonağı olacaq.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 09 Oktyabr 2025 02:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















