Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

U 15 lərin səssiz savaşı: Neftçala təəssüratları

U 15 lərin səssiz savaşı: Neftçala təəssüratları

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Bugünlərdə doğma diyara - Neftçalaya yolum düşmüşdü. Doğmalarla, qohumlarla, dostlarla hal-əhval tutduqdan sonra eşitdim ki, bu gün şəhər stadionunda futbol var. Doğrusu, elə bildim yerli Neftçala komandası Region Liqasında növbəti oyununu keçirir. Üz tutdum stadiona. Bəlli oldu ki, U-15-lər arasında Region Kuboku yarımqrupunun növbəti turudur. Təəccübümə səbəb oldu. Onu da öyrəndim ki, yerli Neftçala komandası bu yarışda oynamır. Bəs necə olur ki, Neftçalada tur keçirilir?!

Bəlli oldu ki, 8 region yığmaları arasında yarışdır. İki oyunun Neftçalada keçirilməsinə sevindim. Stadion, paltarsəyişmə otaqları, tribunalar, plastik oturacaqlar, beynəlxalq olmasa da, daxili tələblərə cavab verir. Əsas da süni deyil, təbii ot örtüyü normal vəziyyətdə idi. İlk qarşılaşmanın ikinci hissəsinə yetişmişdim. Stadionda təhlükəsizlik, polis naryadı, təcili tibbi yardım maşını, hakimlər briqadası, bir sözlə, hər şey qaydasında idi. Tək gördüyüm oyun səviyyəsindən başqa... Aydın oldu ki, turnir AFFA-nın razılığı, nəzarəti və bayrağı altında keçirilir. Dərhal düşündüm ki, belə bir yarış, özü də peşəkar futbola qədəm qoyan, son mərhələyə yaxınlaşan yeniyetmə futbolçuların oyunları niyə diqqət mərkəzindən uzaq qalıb. Doğrusu, ikinci hissəsinə yetişdiyim oyun məni pərişan etmişdi. Fikirləşdim ki, yəqin buna görə təşkilatçılar yarışı işıqlandırmaq istəməyiblər. Pərişan, ümidsiz halda stadionu tərk etmək istəyirdim...
Bu anda ikinci cütün komandalarının meydana isinmə hərəkətlərinə çıxdığını gördüm. Biri "Sumqayıt"ın formasında, digəri "Sabah"ın bazasında formalaşdırılan Bakı yığma komandasının geyimində. İlk oyunda gördüklərimdən fərqli, "razminka"dan dərhal hiss olunurdu ki, uşaqlar hazırlıqlıdı.

Diqqətimi cəlb etdi, ayaq saxladım. Xəzərlə Kürün bir-birinə qovuşan sərin mehi əsl futbol havasından xəbər verirdi. Nəhayət, referi gənc futbolçuları meydana dəvət etdi, start fiti səsləndirildi. Bir qədər əvvəlki pərişanlığımdan əsər-əlamət qalmamışdı. Meydanda yeniyetmə futbolçuların funksional hazırlığı, oyun intizamı, taktika anlayışları, uşaqların çoxunun fərdi bacarığı, texniki imkanları, yaşlarını aşan oyun səviyyələri, əzmkarlıqları qarşılaşmanı birnəfəsə izləməyə vadar edirdi. Bakılıların üstünlüyü hiss olunsa da, meydanda əsl mübarizə gedirdi. Oyunla yanaşı, yeniyetmə futbolçuların intizamı, bir-birlərinə olan münasibəti sevindirici idi. Bütün futbolçuların diqqəti oyuna yönəlmişdi. Hətta zədə hallarında belə, futbolçuların mübahisə etdiyini görmədim. Gənc hakimlər də görüşü yaxşı idarə edirdilər.

Bakı yığmasının çoxgedişli ikinci qolunu seyr etməyə də dəyərdi. Səmimi deyim ki, belə qolları biz ancaq Avropa meydanlarında görə bilirik. Oyun elə dinamik gedirdi ki, vaxtın necə keçdiyini hiss etmədim. Hətta referinin final fiti təəssüfləndirdi...

Stadionu tərk edərkən məni qəribə, ikili hisslər bürümüşdü. İlk oyun hara, ikinci görüş hara... Maraqlandım, məlum oldu ki, ilk oyun autsayderlə lider arasında keçirilirmiş. Tərəflərin səviyyə fərqi çox idi.
Bir yandan da sevinirdim ki, Azərbaycanda istedadlar yox deyil. Təki bu uşaqlar itib-batmasınlar.

Bakıya qayıtdıqdan sonra turnirlə maraqlanmağa davam etdim. Artıq qrup oyunları sona çatıb. Qrup qalibləri - Bakı komandası ilə şimal-qərb yığması finalda üz-üzə gələcəklər, qrup ikinciləri - qərb və şimal yığmaları isə üçüncü yer uğrunda mübarizə apacaqlar. Hər iki görüş 12 iyul tarixində Mingəçevir şəhər stadionunda keçiriləcək. 

Neftçaladan paytaxta dönərkən, yolboyu düşündüklərim, gördüklərimdən çıxarışım belə oldu: az da olsa, sabahın futboluna ümid var. İstedadlarımız yox deyil, sadəcə, onları futbol sisteminə salıb böyük futbola kimi daşımaq lazımdır. Yoxsa əvvəlkilər kimi yarıyolda "buxarlanacaqlar".

Uşaq futbolu deyə-deyə qalmışıq, futbolçular var. AFFA, təşkilatçılar belə yarışlara diqqəti artırmalı, sistemli hala gətirilməlidirlər. Neftçalada Kürün Xəzərə töküldüyü yerdən Mingəçevirin Kür sahilinə səfər edəcək U-15-ləri, yeniyetmə futbolçuları yenidən izləməyə dəyər. Təki gələcəkdə soraqları Dunay, Elba, Adriatik sahillərindən gəlsin... Onlar Azərbaycan futbolunun gələcəyidirlər.

Əli Sahib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://fanat.az
archiveBu xəbər 08 İyul 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri