Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

Mingəçevirli 10 yaşlı şahmatçı Avropa çempionatında gümüş medal qazandı

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Bu rayona yeni polis rəisi təyin edildi

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Liqa 1: Marsel darmadağına sevindi

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

Üç boyalı bayrağımız bütün dünya azərbaycanlılarını bir araya gətirən qaynağımızdır

Üç boyalı bayrağımız bütün dünya azərbaycanlılarını bir araya gətirən qaynağımızdır

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


.
Bu gün ən yeni tariximizin çox önəmli günlərindən biri olan Dövlət Bayrağı Günüdür. Azərbaycan xalqı 9 Noyabr - Dövlət Bayrağı Gününü böyük sevinc və qürur hissilə qeyd edir. Bu təqvim, bu tarix Azərbaycan xalqının nümayəndələri olaraq hər birimizin qəlbində xüsusi yeri olan bir gündür. Bayrağımızın ucaldığı gün hər birimizin qürur günümüzdür. Biz bu gün müstəqilliyimiz və milli kimliyimizin rəmzi olan bayrağımızla müstəqil, bütöv və suveren Azərbaycanda məsud yaşayırıq. Üçrəngli bayrağımız qürur mənbəyimizdir, çünki müstəqilliyimizin, dövlətçiliyimizin və milli birliyimizin rəmzidir.
Biz qədim tarixə və böyük dövlətçilik ənənələrinə malik olan xalqıq. Türk-İslam dünyasında ilk cümhuriyyəti də məhz biz qurmuşuq və bu gün dövlətçiliyimizin respublika mərhələsinin rəmzi olan Azərbaycan bayrağı 107 yaşını qeyd edir. Belə ki, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. Rəsmi dövlət bayrağımızın mövcudluğu 20-ci əsrin əvvəllərində dünya dövlətlərinin sırasında müstəqil dövlət kimi öz layiqli yerimizi tutmağımızın göstəricisi idi. Lakin əfsuslar olsun ki, 1920-ci il aprelin 27-də sovet-bolşevik Rusiyasının müstəqil ölkəmizi işğal etməsinin nəticəsində üçrəngli bayrağımız Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəz olundu.
Azərbaycan xalqı 70 il yenidən öz müstəqilliyinə qovuşacağı, üçrəngli bayrağımızın ucalacağı günü gözləyib. Milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunu özündə ehtiva edən üçrəngli bayrağımız 70 illik fasilədən sonra, 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilib. Bununla bağlı tarixi qərar Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında qəbul edilib. 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin (indiki Milli Məclisin) qərarı ilə üçrəngli bayraımız həm də üçüncü respublikanın - Azərbaycan Respublikasının dövlət bayrağı elan edilib.
Dövlət bayrağımızla bağlı bir digər mühüm qərar isə Prezident İlham Əliyev tərəfindən verilib. Söhbət dövlətimizin başçısının 2009-cu il noyabrın 18-də imzaladığı Sərəncamla 9 noyabr - Dövlət Bayrağı Gününün təsis edilməsindən gedir. Bir il sonra, 2010-cu il sentyabrın 1-də isə Prezident İlham Əliyevin iştirakı ilə Bakı şəhərinin Bayıl ərazisində Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin təntənəli açılışı olub. Beləliklə, dövlət bayrağına münasibət tam institusional xarakter alıb. Artıq 16 ildir ki, xalqımız və dövlətimiz hər il noyabrın 9-nu ən dəyərli bayramlarımızdan biri kimi qeyd edir.
Son beş ildə isə Dövlət Bayrağı Gününü daha da möhtəşəm təntənə ilə qeyd edirik. Çünki 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfər və 2023-cü il 19-20 sentyabr tarixində həyata keçirdiyimiz qalibiyyətli antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması 30 ildən sonra üçrəngli bayrağımızın Qarabağ və Şərqi Zəngəzurda yenidən ucaldılmasını təmin edib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa və Xankəndidə dövlət bayrağımızın ucaldılması dövlətçiliyimizin və müstəqilliyimizin tarixində yeni bir mərhələ açdı.
Bu gün Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızın hər guşəsində qürurla dalğalanır. Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi Azərbaycan bayrağı sadəcə bayraq deyil, o, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir, bizim müstəqil dövlətimizin, suverenliyimizin rəmzidir. Eyni zamanda, bayrağımız milli dəyərlərimizin daşıyıcısı, milli ruhun və dövlətçilik əzminin qoruyucusudur.
Üç boyalı bayrağımız, həmçinin bütün dünya azərbaycanlılarını bir araya gətirən, milli birlik və həmrəylik qaynağımızdır. Bütün mənəvi və ideoloji dəyərlərimizi özündə birləşdirən dövlət bayrağımıza sevgimiz sonsuzdur. Dövlət Bayrağı Günü münasibətilə bütün soydaşlarımızı ürəkdən təbrik edir və onlara ən xoş arzularımızı çatdırırıq. Qoy, Müstəqilliyimizin və böyük Zəfərimizin simvolu olan üçrəngli şanlı Bayrağımız suveren və qüdrətli Azərbaycanın səmasında əbədi dalğalansın!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Noyabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see207

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see198

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see189

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see168

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see155

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see142

Mingəçevirli 10 yaşlı şahmatçı Avropa çempionatında gümüş medal qazandı

07 Noyabr 2025 23:49see140

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see137

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see134

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see133

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see132

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see130

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see129

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see129

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see129

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see128

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see127

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see127

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see126

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri