Icma.az
close
up
RU
Azərbaycan Dünya Azərbaycanlılarını birləşdirən dövlətdir

Azərbaycan Dünya Azərbaycanlılarını birləşdirən dövlətdir

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən əsrin 90-cı illərin əvvələrində dünya azərbaycanlılarının həmrəyliyi və birliy üçün ictimai-siyasi zəmin yaranmışdır. Məhz bu zərurətdən irəli gələrək 16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən Ulu Öndər Heydər Əliyevin imzasi ilə "Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü" bayramının təsis edilməsi haqqında qərar təsdiqlənib. Qərarda qeyd olunur ki, kommunist ruhlu kütləvi informasiya vasitələri var gücü ilə sərhədlərin sökülməsini vəhşilik adlandırdı, nəyin bahasına olursa-olsun xalqın iradəsini, inamını qırmağa cəhd göstərdi: “1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolnda atılan daha bir mühüm addım oldu. Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürüldü”. Bəlkə də, məhz bu amil xaricdə yaşayan soydaşlarımız tərəfindən ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldikdən sonra gördüyü işlərə diqqəti artırmış, Azərbaycan dövlətinin varlığına və gələcəyinə inam və ümidlər yaratmış, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə səbəb olmuşdu. Bu qərarla ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birlik və həmrəylik nümayiş etdirməsi, xaricdə Azərbaycan diasporunun təşəkkül taparaq formalaşması problemini dövlət səviyyəsinə qaldırdı. Həmrəylik günü dünya azərbaycanlılarının birləşmə istəyinin simvoludur. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Sözsüz ki, bu əlamətdar təqvim bilavasitə bu ideyanın təşəbbüskarı və həmin tarixi qərara imza atmış şəxs - Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev 1998-ci ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciətində bütün dünya azərbaycanlılarının milli-mənəvi varlığını yaşadan bir dövlətin olduğunu demişdir: “Bu dövlət Azərbaycan Respublikasıdır. Onun müstəqilliyini dönməz etmək, dövlətçiliyini qorumaq, ərazi bütövlüyünü, təhlükəsizliyini və sərhədlərinin toxunulmazlığını təmin etmək, bütün ölkələrlə bərabər hüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa nail olmaq tək Azərbaycan Respublikası vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının övladlıq borcudur.”

Ülu Öndər Heydər Əliyev xaricdəki soydaşlarımıza tövsiyə edirdi ki, mütərəqqi yenilikləri Azərbaycana gətirsinlər. 2001-ci il noyabrın Bakıda Dünya azərbaycanlılarının I Qurultayında Ülu Öndər Heydər Əliyev tarixi çıxış edərək xaricdəki soydaşlarımza bir daha konkret tövsiyələrini vermişdir. Bu baxımdan Prezident İlham Əliyev də xaricdəki soydaşlarımıza çağırışlar edib. Buna uğun olaraq da soydaşlarımız fəaliyyət göstərirlər. Artıq hər 5 ildən bir Azərbaycanda Dünya azərbaycanlılarının qurultayının keçirilməsi ənənəyə çevrilib. Sonuncu belə qurultayın 2022-ci ilin apreilndə Şuşada keçirilməsi isə dünya azərbaycanlıları üçün unudulmaz tarixi tədbir olmuşdur.

Azərbaycançılığı qorumaq və təbliğ etmək qəlbdən gələn milli hissdir. Bu gün xaricdə yüksək vəzifələrdə çalışmalarına baxmayaraq bu hisslə yaşayan soydaşlarımız az deyil. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Ən əsası, onlar Azərbaycandan mənəvi güc alırlar.

Türanə Quliyeva,
YAP Göygöl rayon təşkilatı üzrə Qırıqlı kənd ərazi partiya təşkilatının üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Dekabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see195

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see184

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see174

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri