Üç çarpayıda yatır, mikroavtobuslarda səyahət edir Dünyanın ən uzun adamı necə yaşayır?
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünyanın ən hündür insanı olan Sultan Kösenin boyu 2,5 metrdən artıqdır. Bu səbəbdən onun həyatındakı demək olar ki, bütün məişət əşyaları xüsusi uyğunlaşdırma tələb edir. O, üç çarpayını birləşdirərək yatır, hərəkət etmək üçün isə yalnız geniş mikroavtobuslardan və ya açıq tavanlı avtomobillərdən istifadə edə bilir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Sultan Kösen 2009-cu ildə rəsmi şəkildə dünyanın ən hündür insanı statusunu alıb.
Həmin vaxt onun boyu 243 santimetr olub və bu göstərici son 20 ildən artıq müddətdə ilk dəfə olaraq 2,4 metrdən hündür bir insanın qeydə alınması demək idi. 2011-ci ildə isə onun boyu 251 santimetrə çatıb. Bununla da o, əvvəlki rekordçu çinli Si Şunu geridə qoyub.
Hazırda 43 yaşlı Türkiyə vətəndaşı olan Kösen uşaqlıqdan yaşıdları arasında seçilib. Doqquz yaşında olarkən boyu artıq 150 santimetrdən çox olub. Həddindən artıq boy təkcə fiziki çətinliklər deyil, həm də ciddi psixoloji problemlər yaradıb. Onun sözlərinə görə, məktəbdə bir çox uşaqlar ondan uzaq durur, bəziləri isə hətta qorxurdu.
Yaş artdıqca sağlamlıq problemləri də ortaya çıxıb. Görmə sahəsi kəskin şəkildə daralıb və o, yalnız qarşısında olan obyektləri görə bilib. Həkimlər müəyyən ediblər ki, gigantizmin səbəbi hipofiz vəzisində yaranan şişdir. İlk əməliyyat uzunmüddətli nəticə verməsə də, 2008-ci ildə aparılan ikinci cərrahi müdaxilə uğurlu olub və vəziyyət stabilləşdirilib.
Bundan sonra Kösenin həyatı əhəmiyyətli dərəcədə dəyişib. Bir il sonra Ginnesin Rekordlar Kitabı onun təkcə ən hündür insan deyil, həm də dünyanın ən böyük əllərinə və ayaqlarına sahib olduğunu rəsmi şəkildə təsdiqləyib. Kösen etiraf edir ki, məhz həmin dövrdə ilk dəfə cəmiyyət tərəfindən qəbul olunduğunu hiss edib.
Bununla belə, gündəlik məhdudiyyətlər hələ də qalır. O, təyyarələrdə yalnız biznes və ya birinci sinifdə uça bilir, çünki ekonom sinif oturacaqları onun üçün uyğun deyil. Adi taksilər ölçülərinə görə əlverişsizdir, otellərdə isə rahat yatması üçün işçilər üç tək nəfərlik çarpayını birləşdirməli olurlar.
Uşaqlıqda yaşadığı çətinliklərə baxmayaraq, bu gün Kösen ən böyük nailiyyəti kimi qazandığı tanınmışlığı və müxtəlif ölkələrdən əldə etdiyi dostluqları göstərir. Onun sözlərinə görə, rekord boyu ona dünyanın dörd bir yanında insanlarla tanış olmaq imkanı yaradıb.
2023-cü ildə Qanadan olduğu iddia edilən daha hündür bir şəxslə bağlı yayılan məlumatlardan sonra Kösenin statusu sual altına alınsa da, müstəqil ölçmələr bu iddiaları təsdiqləməyib. Beləliklə, Sultan Kösenin rekordu qüvvədə qalır.
Baxış sayı:64
Bu xəbər 16 Yanvar 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















