Icma.az
close
up
RU
Üç dost ad günü məclisindən sonra qəzaya düşərək ölübmüş

Üç dost ad günü məclisindən sonra qəzaya düşərək ölübmüş

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Ötən gecə saat 01 radələrində Xaçmaz rayonu ərazisində - Gəndob-Yalama yolunun 22-ci km-də baş vermiş dəhşətli qəzanın təfərrüatı məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, faciəvi şəkildə ölən 3 nəfər dost olublar və dünən onlardan birinin ad günü imiş.

Dostlar ötən gecə Xaçmaz rayonu ərazisində ad günü məclisində bir araya gəliblər. Daha sonra 1991-ci il təvəllüdlü Vüsal Tahir oğlu Bayramovun idarə etdiyi “BMW” markalı 77-HR-124 nömrə nişanlı avtomobillə yaşadıqları Xaçmaz şəhərinə yola düşüblər.

Avtomobil sürətlə hərəkətdə olarkən körpünün üzərində Gəncəli kənd sakini 1979-cu il təvəllüdlü Mömin Kamil oğlu Sadıqovun idarə etdiyi “Mercedes” markalı maşına dəyib. Nəticədə “BMW” Vüsalın idarəetməsindən çıxaraq körpünün metal məhəccərlərinə çırpılıb və 30-35 metr məsafəyə uçaraq çayın əks sahilində ağaclığa düşüb.

Şahidlərin bildirdiyinə görə, Vüsal Bayramov, sərnişinləri olan Xaçmaz sakinləri - 1983-cü il təvəllüdlü Samir Məhsimov və 1987-ci il təvəllüdlü Anar Məmmədovdan xəbər ala bilməyən yaxınları dərhal onları axtarmağa başlayıblar. Qısa vaxt sonra onların olduğu avtomobilin qəzaya uğrayaraq çay dərəsinə düşməsi məlum olub. Vüsalla Samirin meyiti aşkar edilərək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.

Xəstəxanada onlarla birgə Anar Məmmədovun da maşında olması bildirilib, həmçinin restoranın kameralarında hər 3-nün maşına birgə minərək getmələri əks olunub.

Bundan sonra çayın dərəsində yenidən axtarış aparılıb və təxminən 2 saat sonra ağaclıqdan Anar Məmmədovun da cəsədi tapılıb.

Bildirilir ki, V.Bayramov Xaçmazda avtomobil ehtiyat hissələrinin satışı ilə, digər iki şəxs isə valyutadəyişmə fəaliyyəti ilə məşğul olurmuş.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Noyabr 2024 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri