Üç ölkə İsraili sanksiyalarla hədələyir
Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kanada, Böyük Britaniya və Fransa İsraili Qəzzadakı hərbi əməliyyatları dayandırmağa və dərhal humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıblar.
Reyting.az xəbər verir ki, bu barədə Kanada hökumətinin saytında üç ölkənin birgə bəyanatında bildirilir.
Adıçəkilən ölkələr qətiyyətlə Qəzzadakı hərbi əməliyyatların genişlənməsinə qarşı çıxdıqlarını bəyan edirlər.
Eyni zamanda qeyd olunur ki, HƏMAS 7 oktyabr 2023-cü ildəki hücumla əsir götürdüyü insanları dərhal azad etməlidir.
Bəyanatda bildirilir ki, İsrailin israilliləri terrorizmdən qorumaq hüququnu həmişə dəstəkləsələr də, hazırki eskalasiya tamamilə qeyri-mütənasibdir.
Onu da qeyd edək ki, Qəzzadakı hərbi əməliyyatlar dayandırılmayacağı təqdirdə İsrailə qarşı sanksiyaların tətbiqi də mümkün sayılır.
E. KAMAL
Baxış sayı:113
Bu xəbər 20 May 2025 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















