Üç ölkə rəsmən müstəqillik üçün addımını atdı
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkənin ərazi bütövlüyü ilə bağlı ilk ciddi siyasi sınaqlardan biri ilə üzləşib.
Axar.az xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb.
Məlumata görə, Şotlandiya, Uels və Şimali İrlandiyanın müstəqillik tərəfdarı olan birinci nazirləri Böyük Britaniyanın gələcək konstitusion quruluşunun dəyişdirilməsi tələbi ilə bir araya gəliblər.
Şotlandiyanın birinci naziri, Şotlandiya Milli Partiyasının (SNP) lideri Con Svinni, Uelsin birinci naziri, Plaid Cymru Partiyasının lideri Run ap Lorvert və Şimali İrlandiyanın birinci naziri, Sinn Fein Partiyasının sədrinin müavini Mişel Onil bu gün Kardiffdə anlaşma memorandumu imzalayıblar. Üç lider Böyük Britaniyanın hazırkı siyasi modelinin dəyişməli olduğunu bildirərək, müstəqillik istiqamətində əməkdaşlıq etməyə razılaşıblar. Onlar bəyan ediblər ki, Endi Börnhem bütün Birləşmiş Krallığa rəhbərlik edən sonuncu Baş nazir ola bilər.
Liderlər London hökumətinə Şotlandiya, Uels və Şimali İrlandiyada müstəqillik referendumlarının keçirilməsinə imkan verilməsi üçün çağırış ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 14 Sentyabr 2026 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















