Icma.az
close
up
RU
Üç ölkənin planı üzə çıxdı Azərbaycanla müharibəyə hazırlaşırlar

Üç ölkənin planı üzə çıxdı Azərbaycanla müharibəyə hazırlaşırlar

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanda hərbi quruculuq siyasətinə ciddi məhdudiyyətlər qoyulmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Analitik Fransa və Hindistandan hücum silahları alan Ermənistanın yeni müharibəyə hazırlaşdığını bildirib:

“Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını saxlayır və Fransa, Hindistan kimi dövlət tərəfindən müasir hücum silahları ilə ciddi şəkildə təchiz olunur. Üstəlik, Ermənistanın vaxtilə Xankəndində yaratdığı ləğv edilmiş işğalçı xuntanın strukturları İrəvanda fəaliyyətlərini davam etdirir. Təsadüfi deyil ki, dekabrın 10-da “Artsax parlamenti” BMT və bu beynəlxalq təşkilata üzv dövlətlərə “çağırış” ünvanlayıb.

Sadə dillə desək, Samvel Şahramanyanın keçmiş xuntanın buraxılması haqqında “fərman”ı kağız üzərində saxlanılır, Ermənistan bunu həyata keçirmək niyyətində deyil və işğalçı rejimin strukturlarını işlək vəziyyətdə saxlamağa çalışır.

Belə olan təqdirdə, istisna etmirəm ki, 2025-ci ildə danışıqlar prossesində Azərbaycanın tələbləri siyahısına daha bir bölmə əlavə ediləcək. Ən azı Göyçə gölündən şərti sərhədlərə qədər və Zəngəzurda 40 kilometrlik ərazidə bu dövlətin hücum xarakterli silahları yığışdırılmalıdır, demilitarizasiya həyata keçirilməlidir.

Fransa kimi dövlətlər bizə qarşı düşmən mövqedə duraraq, hərbçilərimizin qarşısında hücum xarakterli ölümcül raketlər yerləşdirir, beləliklə, yeni müharibəyə hazırlaşdıqlarını açıq şəkildə göstərirlər”.

Zaur Məmmədov vurğulayıb ki, məsələlərin həlli yönündə diplomatik çağırışlar nəticə verməsə, alternativ yollara baş vurula bilər:

“Məğlub dövlət 2024-cü ildə 2020-ci illə müqayisədə hərbi büdcəsini 80 faiz artırıbsa, demək, İrəvan yeni müharibəyə hazırlaşır. Hazırda dünya təcrübəsində ölkələrin təhlükəsizliklə bağlı tədbirlərinə nəzər yetirsək, diplomatik çağırışların nəticəsi olmasa, Azərbaycan güc yolu ilə öz dövlət müstəqilliyini qorumaq kimi imkanlara sahibdir. Onlar bunu unutmasınlar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:347
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 16 Dekabr 2024 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri