Üç qardaş ölkənin XTQ təlimi başa çatdı FOTO
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə Tbilisi yaxınlığındakı Muxrovani hərbi bazasında keçirilən "Qafqaz Qartalı - 2026" birgə taktiki-xüsusi təlimi başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimin bağlanış mərasiminə iştirakçı ölkələrdən yüksəksəviyyəli qonaqlar qatılıblar. Çıxış edənlər təlimin uğurla başa çatması münasibətilə iştirakçıları təbrik edib, hər üç ölkənin xüsusi təyinatlı bölmələrinin birgə fəaliyyətlərindən məmnunluqlarını bildiriblər.
Təlimin ölkələrimiz arasında təhlükəsizlik və müdafiə sahəsində regional əməkdaşlığın, eləcə də bölmələrin döyüş hazırlığının yüksəldilməsi baxımından xüsusi əhəmiyyətə malik olduğu bildirilib.
Təlim zamanı xüsusi təyinatlılar şərti hədəfə basqın, yarımqruplar tərkibində binanın təmizlənməsi, mühəndis partlayışlarının həyata keçirilməsi, helikopterlərdən desant endirilməsi, şərti düşmənin zərərsizləşdirilməsi və digər epizodlar üzrə tapşırıqları yerinə yetiriblər.
İştirakçı ölkələrin yüksək rütbəli zabitləri təlimin gedişini izləyiblər. Xüsusi təyinatlıların fəaliyyətləri təlim rəhbərləri tərəfindən yüksək qiymətləndirilib, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulanıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 27 İyun 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















