Üç tanınmış hakim təqaüdə göndəriləcək
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı Ağır Cinayətlər Məhkəməsi üç hakimi ilə yollarını ayıracaq.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, uzun illərdir eyni məhkəmədə fəaliyyət göstərən hakimlər-Novruz Kərimov, Rasim Sadıxov və Cavid Hüseynov yaş həddi ilə bağlı təqaüdə çıxacaqlar.
Artıq həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir. Onlar araşdırdıqları son işləri yekunlaşdırdıqdan sonra fəaliyyətlərini başa vuracaqlar.
N.Kərimov, R.Sadıxov və C.Hüseynov indiyədək bir sıra səs-küylü cinayət işlərinə baxıblar və bu işlərdə hakim kollegiyasının tərkibində iştirak ediblər.
Qeyd edək ki, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsinin başqa bir hakimi Anar Sadıqov da öz ərizəsi ilə vəzifəsindən ayrılıb.
Sail Ağasəlim
Baxış sayı:89
Bu xəbər 17 Oktyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















