Ucarda elektrik yarımstansiyasında yanğın baş verib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ucarda elektrik yarımstansiyasında güclü yanğın baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Rayonun Müsüslü kəndində yerləşən Azərbaycan Dəmir Yollarına məxsus yarımstansiyada yağ açarlarının birində baş verən partlayış nəticəsində yanğın başlayıb. Hadisə yerinə FHN- nın Ucar və Kürdəmir Rayon Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın lokallaşdırılıb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Qeyd edək ki, hadisə nəticəsində Göyçayın 2, Ucarın isə 4 kəndinə elektrik enerjisinin verilişi dayandırılıb. Fakt araşdırılır.
Bu mövzuda digər xəbərlər:Ucarda qəbiristanlıqda yanğın baş verib
18 Fevral 2026 23:14
Krımda partlayışlar eşidildi, elektrik yarımstansiyasında yanğın baş verdi
20 İyul 2026 12:35
Ucarda yanğın qeydə alınıb
02 Fevral 2026 19:40
Ucarın elektrik yarımstansiyasında yanğın olub, bir sıra kəndlər işıqsız qalıb FOTO
01 İyun 2025 10:26
Abakandakı elektrik yarımstansiyasında siçovul “təxribat” edib
25 Yanvar 2025 18:54
Baxış sayı:167
Bu xəbər 01 İyun 2025 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















