Ucarda yanğın qeydə alınıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Ucar, 2 fevral, Rəşad Türkoğlu, AZƏRTAC
Ucarda ev yanıb. Hadisə axşam saatlarında şəhər ərazisindəki fərdi yaşayış evində baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vətəndaşa məxsus 5 otaqdan ibarət birmərtəbəli yaşayış evində başlayan yanğın qısa müddətdə şiddətlənərək evi bütöv əhatə edib. Hadisədən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar bölməsinin əməkdaşları cəlb edilib, alovun yaxınlıqda olan evlərə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.
Yanğın zamanı evdə olan məişət avadanlıqları və digər əşyalar, yanar konstruksiyalar yararsız hala düşüb.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
Baxış sayı:192
Bu xəbər 02 Fevral 2026 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















