Ucarın elektrik yarımstansiyasında yanğın olub, bir sıra kəndlər işıqsız qalıb FOTO
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ucarın elektrik yarımstansiyasında güclü yanğın olub, bir sıra kəndlər işıqsız qalıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Müsüslü kəndində yerləşən yarımstansiyada qeydə alınıb.
Belə ki, saat 07:40 radələrində stansiyada yerləşən transformatorların birində qəfil yanğın başlayıb. Yanğın qısa zamanda genişlənib, nəticədə Müsüslü, Təzə Şilyan, Bərgüşad, Qaracallı, Pirkənd, Küçəkənd, habelə Göyçayın Alpout və Bəydövül kəndləri işıqsız qalıb.
Hadisə yerinə FHN-nin Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
Fakt araşdırılır.
Bu mövzuda digər xəbərlər:Ucarın ən yaşlı sakini dünyasını dəyişdi FOTO
17 Dekabr 2025 21:38
Ucarda elektrik yarımstansiyasında yanğın baş verib
01 İyun 2025 09:35
Ucarın Təzə Şilyan kəndində 15 hektarlıq ərazidə yanğın baş verib VİDEO
07 Mart 2025 08:54
Bəzi kəndlər işıqsız qalacaq
19 Noyabr 2025 21:46
Baxış sayı:127
Bu xəbər 01 İyun 2025 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















