Ucarda yaşayış binası yandı Fotolar
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Ucarda iki mərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində mənzilin bir hissəsi yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə rayon ərazisində yerləşən, ümumi sahəsi 2000 kvadratmetr olan, 16 ailənin yaşadığı iki mərtəbəli yaşayış binasında qeydə alınıb. Məlumata görə, binadakı mənzillərdən birində başlayan yanğın qısa müddətdə evin bir hissəsini əhatə edib.
Yanğın baş verən mənzil Şirinov Məhəmməd Şirxan oğluna məxsus olub. Ümumi sahəsi 100 kvadratmetr olan, 4 otaq və 1 mətbəxdən ibarət mənzildə yanğın zamanı bir otaq əşyaları ilə birlikdə xilas edilib. Mənzilin mətbəxi və digər 3 otağı isə içərisində olan məişət əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb.
Əraziyə dərhal Ucar rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev





Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 23 May 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















