Icma.az
close
up
RU
Ucardakı hadisə dəhşətə gətirir: Körpələr ölə bilər AÇIQLAMA

Ucardakı hadisə dəhşətə gətirir: Körpələr ölə bilər AÇIQLAMA

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Ucarda yeniyetmə qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işinin açılması cəmiyyətdə müzakirələrə səbəb olub. Yeniyetmə yaşda baş verən hamiləliklər çox vaxt ciddi risklərlə müşayiət olunur. Həm ana orqanizminin tam formalaşmaması, həm də psixoloji hazırlığın yetərli olmaması bu vəziyyəti daha da çətinləşdirir. 
Məsələ ilə bağlı həkim Rəşqd Sultan Demokrat.az-a bildirib ki, 20 yaşdan aşağı hamiləliklər tibbdə riskli hamiləliklər kateqoriyasına aid edilir:
"Bunun əsas səbəbi bu yaş dövründə orqanizmin hələ tam formalaşmaması və hormonal sistemin sabit olmamasıdır. Bu halda vaxtından əvvəl doğuş ehtimalı daha yüksək olur. Vaxtından əvvəl doğuş isə həm yeni doğulan körpələrdə ölüm riskinin artmasına, həm də uzunmüddətli sağlamlıq problemlərinin yaranmasına səbəb olan əsas faktorlardan biridir.
Buna görə də biz həkim-ginekoloqlar 20 yaşdan aşağı hamiləliklərə xüsusi risk qrupu kimi yanaşır və ümumilikdə bunu tövsiyə etmirik. Çünki bu yaşda hamiləlik həm ana, həm də körpə üçün əlavə ağırlaşmalarla nəticələnə bilər".
Həkim deyib ki, məsələ yalnız vaxtından əvvəl doğuşla məhdudlaşmır:
"Gənc yaşda olan analarda qan azlığı, yüksək təzyiq, toksikoz kimi hamiləlik fəsadlarına daha çox rast gəlinir. Eyni zamanda, dölün inkişafında geriləmələr və doğuş zamanı müxtəlif ağırlaşmalar da daha tez-tez müşahidə olunur. Psixoloji baxımdan da bu yaş dövründə hamiləlik ciddi yük yarada bilər, çünki həm fiziki, həm də emosional hazırlıq tam formalaşmamış olur",- deyə o bildirib.
Yəni, 20 yaşı tamam olmayan qızların uşaq dünyaya gətirməsi həm öz həyatları, həm də körpənin gələcək sağlamlığı üçün çox böyük risklər yaradır.
Ucarda baş verən bu hadisə həm də hüquqi müstəvidə ciddi qanun pozuntusu hesab olunur. Mövcud qanunvericiliyə əsasən, ölkəmizdə erkən nikahlar qəti şəkildə qadağandır və 18 yaşı tamam olmayan şəxslərin ailə qurmasına icazə verilmir. Bu cür hallar uşaq hüquqlarının kobud şəkildə pozulması ilə yanaşı, həm də gənc qızların gələcəyini və sağlamlığını birbaşa təhdid edir.
Əfsanə Kamal 
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Aprel 2026 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri